
Starship üçüncü orbital uçuş cəhdi üçün hazırdır
Elm & Texnologiya
13.03.2024
Emil
SpaceX-in Starship adlı kosmik gəmisi uçuş startı üçün nəzərdə tutulmuş meydançada yenidən quraşdırılıb. Super Heavy adlı sürətləndirici raketə quraşdırılmış Starship növbəti orbital uçuş cəhdi üçün hazırdır. Elon Musk öz növbəsində start meydançasına yerləşdirilmiş Starship-in fotolarını təqdim edib. Starship-in növbəti orbital uçuş cəhdi yaxın günlərdə və ya hətta sabah baş tuta bilər. Lakin bunun üçün şirkət ilk öncə müvafiq tənzimləyici orqanlardan icazə almalıdır. İcazə isə şirkətə hələ təqdim olunmayıb. Qeyd etmək lazımdır ki, Starship-in ilk orbital uçuş cəhdi keçən ilin aprel ayında baş tutmuşdu və uğursuz alınmışdı. İkinci uçuş cəhdi keçən ilin noyabr ayında baş tutdu və nisbətən uğurlu keçdi. İndi isə SpaceX öz kosmik gəmisinin üçüncü orbital uçuş cəhdinə hazırdır.


Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
