main-post-cover

    Striptiz rəqsi oynayan robotlar texnoloji konfransın maraqlı özəlliklərindən biri oldular (VİDEO)

    Elm & Texnologiya
    10.01.2018
    Farid Pardashunas
    Baş nahiyəsində kameralara sahib və stiptiz rəqsi edən robotlar ilin ən böyük texnoloji konfranslarından biri olan CES 2018-in maraqlı özəlliklərindən biri olub.
    Las Veqasda yerləşən Sapphire adlı gecə klubu qadınların striptiz rəqsi oynadıqları ənənəvi məkandır. Lakin bu həftə keçirilən CES 2018 konfransı çərçivəsində həmin klub striptiz rəqsi edən robotların da olduğu gecə klubuna çevrilib. Robotlarla yanaşı adi qızlar da həmin rəqsi edirlər. Lakin İngiltərədən gətirilmiş robotların olması konfrans iştirakçılarını kluba cəlb etmək üçün nəzərdə tutulub.
    Robotların baş hissəsində ilk baxışdan vahiməli görünən kameralar yerləşdirilib. Düzü bu cür robotların striptiz rəqsləri bir qədər ziddiyyətli hisslər oyadır. Ümumilikdə isə futuristik işıqlandırma sistemi, anatomik plastiklər və robotların örtülməmiş bəzi yerləri bütün baş verənlərə “Blade Runner” filminin koloritini bəxş edir. Gecə klubunun sahibi bildirib ki, robotların istifadəsi sadəcə olaraq yeni auditoriyanın cəlb olunması üçün nəzərdə tutulub.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər