Süd Yolu qalaktikasının mərkəzində potensial yeni növ ulduzlar kəşf olunub
Elm & Texnologiya
05.06.2024
Emil Nəcəfov
Atronomlar Süd Yolu qalaktikasının mərkəzindən 1 işıq ili radiusunda potensial yeni növ ulduzları kəşf etmiş ola bilərlər. Məlumata əsasən potensial olaraq kəşf edilmiş yeni növ ulduzlar sirli qaranlıq materiya hissəciklərinin məhv olmaları hesabına mövcuddurlar. Bu isə həmin ulduzları demək olar ölümsüz edir. Süd Yolu qalaktikasının mərkəzini müxtəlif səbəblərdən müşahidə etmək çox qəlizdir. Qalaktikanın mərkəzində Oxatan A* (Sagittarius A*) adlı super kütləli qara dəlik yerləşir. Bu qara dəliyin kütləsi Günəşin kütləsindən 4 milyon dəfə böyükdür. Bu qara dəliyə yaxın sahədə qalaktika mərkəzinin ətrafında ulduzlar saniyədə 1000 km sürətlə dövr edirlər.
Müqayisə üçün qeyd etmək lazımdır ki, bizim Günəşin qalaktika mərkəzi ətrafında dövretmə sürəti saniyədə 240 km təşkil edir. Qalaktikanın mərkəzinə yaxın olan ulduzlar öz özəlliklərinə görə qalaktikadakı heç bir digər ulduza bənzəmirlər. Qalaktikanın mərkəzində ulduzların necə formalaşdıqları da hələ indiyənə kimi tam aydın deyil. Belə ki, qalaktikanın mərkəzində yeni ulduzların formalaşması üçün münbit şərait yoxdur. Bununla belə güman olunur ki, həmin ulduzlar cavan və olduqca kütləlidirlər. Məlumdur ki, ulduz termonüvə sintez reaksiyası çərçivəsində öz nüvəsindəki hidrogeni yandırır.
Nəticədə yaranan istilik şüalanması plazma konveksiyası ilə birlikdə ulduzun qravitasiya təsiri altında sıxılmasına imkan vermir. Bununla belə alimlər güman edirlər ki, bizim qalaktikada qaranlıq materiya mövcuddur. Onun mövcudluğuna adi materiyanın lazımi miqdarda aşkar edilməməsinə dair müşahidələr işarə edirlər. Alimlər düşünürlər ki, qaranlıq materiya böyük miqdarda məhz qalaktikanın mərkəzində mövcuddur. Burdan da belə qənaətə gəlmək olar ki, qalaktikanın mərkəzinə yaxın olan ulduzların tərkiblərinə məhz qaranlıq materiya daxil ola bilər.
Mövcud fərziyyəyə əsasən qaranlıq materiya hissəciklərinin və antihissəciklərinin bir-biriləri ilə toqquşmaları səbəbilə məhv olmaları qalaktikanın mərkəzinə yaxın ulduzların sıxılaraq məhv olmalarından qoruyur. Ulduzların təkamülü modelləşdirməsi sayəsində alimlər güman edirlər ki, ilk əvvəl adi ulduzlar qalaktikanın mərkəzinə yaxın sahəyə doğru irəliləyiblər və nəticədə onların tərkiblərinə qaranlıq materiya daxil olmağa başlayıb. Milyardlarla il sonra isə həmin ulduzlar çox nəhəng və böyük kütləli hala gəliblər.
Ulduzların təkamül modelləşdirməsinə əsasən bu cür ulduzlar qaranlıq materiya hesabına olduqca dəyişiblər. Bu isə tamamilə yeni növ ulduzların formalaşmasına səbəb olub. Qaranlıq materiyanın həmin ulduzlara təsiri nəticəsində isə onlar ölümsüz və daima cavan hala gəliblər. Bu cür ulduzların həqiqətən də mövcud olub-olmadıqlarını gələcəkdə istifadəyə veriləcək daha güclü teleskoplar vasitəsilə təsdiqləmək mümkün olacaq. Belə ki, məhz güclü teleskoplar Süd Yolu qalaktikasının mərkəzindəki ayrı-ayrı ulduzları müşahidə etməyə imkan verəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?
Süd Yolu qalaktikasında hər il hansı sayda ulduz ölür?
Gecə səmaya nəzər yetirsək, qədim insanların minlərlə və hətta on minlərlə il bundan öncə görmüş olduqları ulduzları görəcəyik. Lakin kosmos dəyişir. Yeni ulduzlar formalaşdıqca daha köhnələri öz fəaliyyətlərini yekunlaşdırırlar.
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Bu yüzilliyin sonuna kimi insanlar su qıtlığı problemi ilə qarşılaşacaqlar
Yer kürəsi insan həyatının bütün sahələrini əhatə edəcək iqlim böhranı ilə qarşı-qarşıyadır. Son məlumatlara əsasən keçən il insanlıq tarixinin ən isti ili kimi qeyd edilib.
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Mikroplastik hissəciklərə rast gəlinən yerlərin siyahısı təqdim edilib
Demək olar 170 il bundan öncə ilk plastik material hazırlanmışdı. 1970-ci illərdə isə alimlər artıq mikroplastik barəsində danışmağa başladılar. 2004-cü ildə mikroplastik hissəciklər Britaniyanın sahillərində aşkar ediləndən sonra bu termin geniş şəkildə tanınmağa başladı.
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
İstilik dalğaları səbəbilə bütün dünyada həyatlarını itirmiş insanların sayı məlum olub
Avstraliyanın Monaş Universitetinin mütəxəssisləri bütün dünyada istilik dalğalarının səbəb olduqları ölümlərin qlobal xəritəçəkməsi üzrə ilk tədqiqatı aparıblar.
Artıq tikintidə beton əvəzinə taxtadan istifadə edilə bilər!
Artıq tikintidə beton əvəzinə taxtadan istifadə edilə bilər!
Çoxmərtəbəli binaların tikinti sənayesində inqilabi material olan Çapraz Laminatlı Taxtalardan istifadə oluna bilər.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!