Logo
    main-post-cover

    Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!

    Elm & Texnologiya
    23.12.2024
    Farid

         Çin Elmlər Akademiyasının Nankin Geologiya və Paleontologiya Elmi-Tədqiqat İnstitutunun rəhbərlik etdiyi beynəlxalq komanda süni zəka və böyük məlumat metodlarından istifadə edərək, kompleks həyatın 1.5 milyard illik təkamülünü yüksək dəqiqliklə ortaya çıxarıblar.

          Tədqiqatçılar 15 dekabr 2024-cü ildə Science jurnalında dərc olunan araşdırmaları ilə Proterozoy dövründən (2 milyard - 539 milyon il əvvəl) Kembri dövrünə qədər uzanan bioloji təkamül prosesini təhlil ediblər. 6 il davam edən məlumat toplama işləri nəticəsində Yer kürəsinin ən geniş paleobioloji məlumat bazası yaradılıb. Süni intellekt dəstəkli analizlər və superkompüterlər vasitəsilə Yer kürəsində ilk mürəkkəb həyat formalarının yaranması, genişlənməsi və məhv olması rəqəmsal olaraq xəritələnib. Araşdırmanın nəticələri müasir ekosistemlərin necə inkişaf etdiyini və keçmişdəki böyük bioloji böhranların təsirlərini ətraflı şəkildə nümayiş etdirib.

    Araşdırmanın əsas nəticələri:

    • İlk mürəkkəb həyat formaları: İlk etibarlı eukariot (nüvəli hüceyrələrə malik orqanizmlər) fosili 1.7 milyard il əvvəl ortaya çıxıb. Bu növlər əvvəlcə az, lakin sabit bir müxtəliflik nümayiş etdirib.
    • “Qar Kürəsi Yer” hadisəsi: Təxminən 720 milyon il əvvəl baş vermiş qlobal buzlaşma dövrü eukariotların təkamülünü ləngidib. Lakin bu dövrün sonunda eukariotların müxtəlifliyi sürətlə artıb və 635-580 milyon il əvvəl böyük bir bioloji genişlənmə müşahidə edilib.
    • Böyük məhvolmalar: 580 milyon il əvvəl eukariotların əksəriyyəti məhv olub. Ardınca Ediakar dövründə (551-539 milyon il əvvəl) heyvanların ilk böyük təkamül genişlənməsi baş verib. Lakin bu dövrdə də 2 böyük məhvolma qeydə alınıb.
    • Ətraf mühitin təsirləri: Araşdırmalar onu göstərib ki, səth temperaturundakı və atmosferdəki oksigen səviyyəsindəki ani dəyişikliklər həyatın təkamülündə mühüm rol oynayıb.
         Bu araşdırmanın yalnız keçmiş bioloji böhranları anlamaqla kifayətlənməyərək, Yer kürəsi xaricində həyat axtarışına da yol göstərəcəyi deyilir. Ekstremal iqlim şəraitlərinin həyat üzərindəki təsirləri, gələcək ekoloji dəyişikliklərin insanlıq üçün potensial nəticələrini qiymətləndirmək baxımından mühüm bir model olacaq. Süni intellektin də köməyi ilə əldə edilən nəticələrə əsasən, bu araşdırma həyatın sadədən mürəkkəbə doğru təkamül prosesinin düzxətli olmadığını, əksinə, böhranlarla dolu bir səyahət olduğunu göstərir.
    Paylaş
    Bənzər xəbərlər
    openai-yaxin-zamanda-o3-adli-yeni-suni-zeka-sistemini-anons-ede-biler
    Süni İntellekt

    OpenAI yaxın zamanda o3 adlı yeni süni zəka sistemini anons edə bilər

    OpenAI şirkətinin CEO-su Sam Altman, X-dəki (keçmiş Twitter) hesabında maraqlı bir paylaşım edib. Öz paylaşımı ilə Altman şirkətin yeni süni zəka modelinin yaxın zamanda istifadəyə veriləcəyinə işarə etmiş ola bilər.
    google-mentiq-yurude-bilen-suni-intellektini-teqdim-edib
    Süni İntellekt

    Google məntiq yürüdə bilən süni intellektini təqdim edib!

    Google, Gemini 2.0 Flash Thinking-i təqdim edib. Şirkət yeni modeli ilə məntiq yürütmə sahəsində yeni bir dövr başladaraq OpenAI o1-ə meydan oxuyub.
    suni-intellekt-modellerinin-insanlari-aldada-bildiyi-ortaya-cixib
    Süni İntellekt

    Süni intellekt modellərinin insanları aldada bildiyi ortaya çıxıb!

    Anthropic tərəfindən aparılan bir araşdırma, süni intellekt modellərinin insanları aldatma qabiliyyətinə malik olduğunu göstərib. Bu modellər, bəzən fərqli baxışlara sahibmiş kimi davrana bilirlər, lakin əslində orijinal seçimlərindən əl çəkmirlər.
    oluleri-suni-intellektle-dirildib-sohbet-etmek-mumkun-olacaq
    Süni İntellekt

    Ölüləri süni intellektlə "dirildib" söhbət etmək mümkün olacaq!

    Süni zəka artıq həyatımızın hər sahəsinə daxil olmağa davam edir. İndi isə Life’s Echo adlı şirkət tərəfindən təqdim olan süni intellekt xidməti vasitəsilə vəfat etmiş insanlarla canlı bir şəxs kimi söhbət etmək mümkün olacaq.
    kvant-fizikasinda-inqilab-maddenin-yeni-aqreqat-hali-kesf-edilib
    Elm & Texnologiya

    Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!

    Elm dünyası kvant fizikası sahəsində böyük bir kəşfə imza ataraq indiyə qədər məlum olmayan yeni bir maddənin aqreqat halını aşkarlayıb. Tədqiqatçılar bu kəşfin maddənin davranışı və təbiəti haqqında bildiklərimizi kökündən dəyişdirə biləcəyini qeyd edirlər