'Technote', 'Web Summit'də Azərbaycan mediası olaraq təmsil olunur (Burada nələr baş verir?)

08.11.2017 0 PAYLAŞIM 1215 OXUNMA

    Avropanın, "Forbes" jurnalının dili ilə desək isə planetin ən böyük texnologiya və sahibkarlıq konfransı "Web Summit" , dünən baş tutan açılış mərasimi ilə start götürdü. "Web Summit" iştirakçılarının adət etdiklərindən fərqli olaraq bu dəfə bu konfrans Dublində yox, Portuqaliyanın Lissabon şəhərində keçirilir. "Summit"lər şəhəri Lissabon nə az nə çox 60.000 - ə yaxın adamı qonaq edir. ( Nə yalan deyim, mən ən az 100.000 saymışam, amma rəsmi rəqəmləri qeyd etməliyik ) Bir konfrans düşünün ki, 1200-dən çox spiker var. Geri qalanını təsəvvür etmək bir az qəlizdir. Hər şeyi nəzərə alan "Web Summit" təşkilatçıları sadəcə qida mövzusunda uzun növbələrin qarşısını necə alacaqları haqqında həll yolu tapmayıblar. Keçək əsas məsələyə - Açılışdan sonra, ilk gündə maraqlı nələr baş verdi?

"Blockchain və AI"

    Ümumiyətlə qısa olaraq dəyərləndirsəm, deyə bilərəm ki, konfransda hər bir spikerin mütləq vurğuladığı bir məqam var - AI. Yəni, suni zəka. Elə bugün səhər saatlarında dünyada kifayət qədər səs-küyə səbəb olmuş və ilk dəfə vətandaş adını qazanan AI əsaslı robot "Sophia"nın spiker qismində çıxış etməsi, onu göstərdi ki, dünya artıq fərqli bir yerə gəlib. Yenə açılış gecəsinə qayıtsaq, Avropa, Birləşmiş MillətlərPortuqaliya rəsmilərinin çıxışındakı bəzi nüanslara diqqət yetirə bilərik. Səslənən fikirlərdə sadəcə bir mesaj var idi: "Biz innovasiyanın əlehinə deyilik, sadəcə bu hadisə bizi narahat edir. Demokratiyanı itirəcəyimizdən narahatıq." Elə bu çıxışlardan sonra "Kernel" CEO-su "Bryan Johnson"un çıxıb insan beyninə çip yerləşdirmək haqqında danışması və gələcəyi təsvir etməsi, həm o rəsmiləri həm də "MEO Arena"ya toplananları sözün əsl mənasında dəli etdi desək, yalan olmaz.

Stephen Hawking

Tədbirin açılış gecəsində bizi sevindirən hadisələrdən biri də "Stephen Hawking"in video görüntü ilə konfransdakı çıxışı oldu. Çıxışında "Hawking" iki əsas cümləyə vurğu etdi: 

“We stand on the threshold of a brave new world” - Yeni cəsur dünyanın astanasında dayanmışıq.

“Our AI systems must do what we want them to do, for the benefit of humanity” - Bizim AI sistemlərimiz, insanların xeyri üçün bizim istədiklərimizi etməlidirlər.

Sophia

    Diqqətimi çəkən çıxışlardan biri isə qeyd etdiyim kimi, AI əsaslı robot "Sophia" ilə söhbət oldu. İnsan oğlu həqiqətən bu dəfə mükəmmələ yaxını yaratmağı bacarıb. Doğrudur, hələ də hansı alqoritmlərlə çalışdığı mənə məlum olmasa da ilkin təəssürat o idi ki, bu robot çox EQOludur. Biraz üstünə getsən, bəlkə də zalı dağıdardı. Amma nəzərə alsaq ki, bu tip AI-lər ilk deyil, sadəcə bizim qəhrəman ilk dəfə vətəndaşlıq almaqla özünü yaxşı PR edib. Bu arada elə bugün ona bir rəqib çıxdı və Yaponiya öz yerli robotuna vətəndaşlıq verdi. "Sophia" isə Səudiyyə Ərəbistanı vətəndaşıdır. Bugün diqqətimi çəkən panelləri və spikerlərin siyahsını sizinlə bölüşmək istəyirəm:

  1. European Capital of Innovation - Carlos Moedas, European Union - Commissioner
  2. How to prevent a cyberwar - Jared Cohen, Google Jigsaw
  3. Competition matters: How does the EU protect it?- Margrethe Vestager, European
  4. How innovation facilitates change- Francois Hollande, Government of France
  5. How to raise a billion dollars - Joe Xia, MoBike
  6. A new way forward for self-driving cars - John Krafcik, Waymo
  7. Artificial Intelligence: How data is evolving the future of - Brian Krzanich, Intel

    Gəldik əsas məsələyə, niyə biz burdayıq? Yadınızdadırsa "The Next Web Conference"da da ölkəmizi təmsil etmişdik. Öz gücümüzə olsa da azdan-çoxdan sizlər üçün çalışırıq. Bu dəfə, bu "Summit"də iştirakımıza səbəb 2017-ci ildə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin İnkubasiya Proqramının qalibi olaraq ən yaxşı startap olmağımızdır. ( Ən yaxşı deməyək, ən çox işləyən ) Bu səbəblə, Azercell  və PAŞA Bank bu "Summit"də iştirak üçün bizim bütün səfər və iştirak xərclərimizi qarşıladı. Bizim gəldiyimizdən xəbər tutan "Web Summit" isə bizi xüsusi olaraq media kimi qəbul edərək, "Press Zone"a saldı. 

Sonda isə sizə "Stephen Hawking"in çıxışından bir hissəni təqdim edirəm: 

“I am an optimist and I believe that we can create AI for the good of the world. That it can work in harmony with us. We simply need to be aware of the dangers, identify them, employ the best possible practice and management, and prepare for its consequences well in advance. Perhaps some of you listening today will already have solutions or answers to the many questions AI poses. “We all have a role to play in making sure that we, and the next generation, have not just the opportunity, but the determination, to engage fully with the study of science at an early level, so that we can go on to fulfil our potential, and create a better world for the whole human race. We need to take learning beyond a theoretical discussion of how AI should be and take action to make sure we plan for how it can be. You all have the potential to push the boundaries of what is accepted, or expected, and to think big. We stand on the threshold of a brave new world. It is an exciting if precarious, place to be and you are the pioneers.”