Tədqiqatçılar ilk dəfə internet kabeli vasitəsilə "kvant teleportasiyası" həyata keçiriblər!
Elm & Texnologiya
25.12.2024
Farid Pardashunas
Northwestern Universitetindən tədqiqatçılar kvant teleportasiyasında inqilabi bir uğura imza ataraq kvant məlumatını klassik internet kabeli vasitəsilə ötürə biliblər.
Northwestern Universitetinin mühəndislik komandası kvant teleportasiyası texnologiyasında inqilabi bir nailiyyət əldə edib. Tədqiqatçılar kvant məlumatını internet trafikinin ötürüldüyü optik fiber kabellər üzərindən uğurla ötürərək kvant rabitəsi ilə klassik internet infrastrukturunun birlikdə işləyə biləcəyini sübut ediblər. Bu mühüm uğur, kvant rabitəsində təhlükəsizlik və sürət baxımından yeni bir dövrün yaxınlaşdığını göstərir.
Optica jurnalında yayımlanan tədqiqat, mövcud internet infrastrukturuna kvant rabitəsinin əlavə edilməsi barədə həyəcanverici bir baxışa malikdir. Komandanın rəhbəri professor Prem Kumar, bu nailiyyətin kvant və klassik şəbəkələrin eyni optik fiber infrastrukturundan istifadə edə biləcəyini göstərdiyini qeyd edərək "bu kəşf, kvant rabitəsini növbəti səviyyəyə daşımaq üçün qapıları açır" deyib. Kvant teleportasiyası, kvant dolaşıqlıq adlı bir fiziki fenomenə əsaslanır. Dolaşıqlıq, 2 hissəcik arasında məsafə olmasına baxmayaraq, onların bir-birinin vəziyyətinə eyni anda təsir edə bilməsi mənasına gəlir. Bu üsulla, bir hissəciyin kvant vəziyyəti digərinə ötürülə bilər. Lakin burada fiziki bir hissəciyin köçürülməsi deyil, məlumatın dolaşıqlıq sayəsində bir nöqtədən digərinə daşınması nəzərdə tutulur.
Bu texnologiya, həm ultra sürətli, həm də təhlükəsiz rabitə üsulu kimi diqqət çəkir. Lakin daha əvvəl bir çox alim belə bir ötürmənin sıx internet trafikinin olduğu kabellərdə mümkün olmayacağını düşünürdü. Tədqiqat qrupu, kvant hissəciklərinin klassik internet trafikindəki milyonlarla işıq hissəciyi ilə qarışmasının qarşısını almaq üçün yenilikçi bir həll inkişaf etdirib. Tədqiqatın baş müəllifi Jordan Thomas, komandanın işığın səpilmə nümunələrini araşdıraraq kvant hissəcikləri üçün daha az intensiv dalğa uzunluğunu müəyyən etdiyini və xüsusi filtrlərdən istifadə edərək internet trafikindən qaynaqlanan küyü azaltdığını bildirib.
30 kilometrlik bir optik fiber kabel üzərində aparılan təcrübələrdə həm yüksək sürətli internet trafiki, həm də kvant məlumatı eyni anda ötürülüb. Tədqiqat qrupu kvant məlumatını qəbul edən tərəfdən ölçərək protokolun uğurlu olduğunu təsdiqləyib. Nəticələr onu göstərib ki, sıx trafik şəraitində belə kvant məlumatını uğurla ötürmək mümkündür. Tədqiqatçılar təcrübələrini daha uzun məsafələrdə həyata keçirməyi və real dünya şəraitində, yeraltı mövcud optik fiber kabellər üzərindən testlər aparmağı planlaşdırırlar. Onlar həmçinin dolaşıqlıq mübadiləsi kimi daha mürəkkəb kvant tətbiqlərini də inkişaf etdirməyi hədəfləyirlər.
Professor Kumar, heç kimin bunun mümkün ola biləcəyini düşünmədiyini bildirərək əlavə edib: "Çoxları kvant rabitəsi üçün xüsusi infrastrukturun qurulmayacağını düşünürdü. Lakin dalğa uzunluqlarını düzgün seçsək, yeni infrastruktur qurmağa ehtiyac qalmaz. Klassik və kvant rabitəsi birlikdə mövcud ola bilər".
Linki kopyala
elmi xeber
Scientific news
science
science news
elmi xeberler
kvant texnologiyalar
quantum
kvant
quantum teleportation
kvant teleportasiyasi
quantum technologies
Bənzər xəbərlər
Oxşar xəbərlər
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!
Elm adamları insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini araşdırıblar. Nəticələr isə beynimizin məlumatları düşündüyümüz qədər sürətli bir şəkildə emal etmədiyini göstərib.
Hər gün çay və qəhvə içməyin qırtlaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkar edilib!
Hər gün çay və qəhvə içməyin qırtlaq xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığı aşkar edilib!
Yeni bir araşdırma hər gün müəyyən miqdarda çay və ya qəhvə içməyin qırtlaq və ağız xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığını üzə çıxarıb.
Yeni dişlərin yetişdirilməsinə istiqamətlənmiş dərmanın testlərinə start verilib
Yeni dişlərin yetişdirilməsinə istiqamətlənmiş dərmanın testlərinə start verilib
Keçən il xəbər ortaya çıxmışdı ki, yapon alimlər yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman preparatı üzərində çalışırlar.
Alimlər qida allergiyalarına qarşı təbii bir həll yolu kəşf ediblər!
Alimlər qida allergiyalarına qarşı təbii bir həll yolu kəşf ediblər!
Aparılan yeni araşdırma qida allergiyalarına qarşı təbii bir həll yolu təqdim edə bilər. Meyvə və tərəvəzlərdə olan kaempferol adlı flavonoidin qida allergiyalarını azaltma potensialı isə budur:
Alimlər Dünyanın sonunun nə vaxt gələcəyini təxmin ediblər!
Alimlər Dünyanın sonunun nə vaxt gələcəyini təxmin ediblər!
Bristol Universitetinin araşdırmasına görə, bəşəriyyət və digər növlər üçün sonun başlanğıcı yaxınlaşır. Qlobal istiləşmə isə bu prosesi daha da sürətləndirə bilər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!