Logo
    main-post-cover

    Tədqiqatçılar Sibir ərazilərində 35.000 il əvvələ aid donmuş qılınc dişli pişik balası tapıblar!

    Elm & Texnologiya
    05.12.2024
    Aslan

         Sibir bölgəsinin donmuş torpaqları indiyə qədər bir çox canlının cəsədlərinə ev sahibliyi edib və etməkdə davam edir. Alimlər bu bölgəni araşdırdıqca, hələ də kəşf edilməmiş canlı qalıqlarına rast gəlirlər.

         Araşdırmalar nəticəsində tapılan qalıqların ən azı 35 min il əvvəl ölmüş, 3 həftəlik bir qılınc dişli pişik balasına aid olduğu müəyyən edilib. Təəccüblüsü isə odur ki, Sibirin donmuş torpqlarından çıxarılan bu pişiyin dırnaqları və bığı hələ də qorunub saxlanmışdır. Yeni bir analizə əsasən, bu balanın başı və üst bədəni də olduqca yaxşı vəziyyətdə idi. O qədər ki, tədqiqatçılar qalıqlar ilə birlikdə buz blokunun içində çanaq sümüyü, bud sümüyü və baldır sümüyünə də rast gəliblər.
         Əslində, belə yaxşı qorunmuş qılınc dişli pişik qalıqlarına rast gəlmək olduqca nadir haldır. Bundan əlavə, tədqiqatçılara görə, bu pişik, Homotherium latidens növünə aiddir. Bu donmuş kiçik mumya, bu növün buz dövrü şəraitinə çox yaxşı uyğunlaşdığını göstərir. Digər tərəfdən, tədqiqatçılar bu pişik qalıqlarını 3 həftəlik bir şir balası ilə də müqayisə etməyə qərar veriblər. Qılınc dişli pişiyin şir balası ilə müqayisədə daha geniş pəncələri var idi və müasir pişiklərin bilək oynaqlarındakı bilək yastıqları bu qalıqda müşahidə edilmirdi.
         Bu uyğunlaşma qılınc dişli pişiklərin qarda asanlıqla yeriməsini təmin edirdi. Mumiyada müşahidə olunan qalın və yumşaq kürk isə onları qütb soyuqlarından qoruyurdu. Həmçinin şir ilə aparılan müqayisə onu göstərib ki, qılınc dişli pişiklər daha böyük ağıza, daha kiçik qulaqlara, daha tünd tüklərə və çox qalın boyuna malik olub. Ümumilikdə, alimlərin apardığı bu analizlər 35 min illik qılınc dişli pişik balasının ən diqqətçəkən xüsusiyyətlərini ortaya çıxarıb.
    Paylaş