Tədqiqatçılar virtual reallıqdakı qidaların dadını ala biləcəyimiz lolipop hazırlayıblar!
Elm & Texnologiya
10.12.2024
Farid Pardashunas
İnkişaf edən texnologiya heyrətamiz ixtiralara yol açır. Alimlər virtual reallıqda dad hissini yaşamağa imkan verən, lolipopa bənzəyən cihaz hazırlayıblar. Bu cihaz, elektrik axını ilə dad hissini ötürə bilir.
Çin, Honq Konq və Yaponiyadan olan tədqiqatçıların birgə əməkdaşlığı ilə yaradılan və sadə dillə "elektrikli lolipop" adlandırılan cihazın işləmə prinsipi olduqca qəribədir. Bu ixtira, ümumilikdə 9 müxtəlif dad yarada bilir və bu dadları istifadəçiyə çatdırmaq üçün elektrik cərəyanlarından istifadə edir. Bunu bir az daha aydın izah etsək, cihazın içində saxlanılan təhlükəsiz və yeyilə bilən kimyəvi maddələr iontoforez metodu ilə istifadəçinin dilinə ötürülür. Yaradılan elektrik cərəyanlarının gücü isə virtual reallıqda oyun oynayarkən və ya film izləyərkən gördüyünüz yeməklərin dadını müəyyən edir.
Sadəcə bununla da məhdudlaşmır. Cihaza 7 fərqli qoxu kanalını əhatə edən bir qoxu interfeysinin də əlavə olunduğu qeyd edilir. Bu xüsusiyyət sayəsində VR dünyasında dad və qoxunun birləşməsi ilə daha geniş bir duyğu təcrübəsi əldə edə bilərsiniz. Təbii ki, bu vəziyyət dilə elektrik verilməsi məsələsini məntiqsiz göstərə bilər. Lakin tədqiqatçılara görə lolipop dilinizi birbaşa elektriklə vurmaq üçün deyil. Bu baxımdan, elektrik stimulyasiyasının olduqca aşağı səviyyədə olduğuna diqqət çəkilir.
Hər nə qədər inqilabi bir ixtira kimi görünsə də, hazırda VR texnologiyaları üçün hazırlanmış bu elektrikli lolipop, yalnız məhdud sayda dad yarada bilir. Bunlara şirin, duzlu, limon turşusu, albalı, yaşıl çay, süd, durian və qreyfurt kimi dadlar daxildir. Təbii ki, gələcəkdə bu texnologiyanın daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitlər yaradıla bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu şirkət, istifadəçilərinə günəş işığı satır: Bəs necə?
Bu şirkət, istifadəçilərinə günəş işığı satır: Bəs necə?
Təsəvvür edin ki, qaranlıq bir gecədə bir tətbiq vasitəsilə istədiyiniz nöqtəni günəş işığı ilə işıqlandıra bilirsiniz. Qulağa inanılmaz gəlir, elə deyilmi?
İngiltərənin ən qədim peykinin yeri dəyişdirilib, lakin bunu kimin etdiyi bilinmir!
İngiltərənin ən qədim peykinin yeri dəyişdirilib, lakin bunu kimin etdiyi bilinmir!
İngiltərənin ən qədim peyki Skynet-1A yerini dəyişdirib. Üstəlik, bunu kimin, nə vaxt və niyə etdiyi barədə heç bir məlumat yoxdur.
Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Mühəndislər çətin vəziyyətlərdə öz hissələrini kəsə bilən robot hazırlayıblar!
Connecticut-da çalışan mühəndislər, lazım gəldikdə öz hissələrini kəsə bilən robot istehsal edə biliblər.
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
Süni intellekt həyatımızın hər sahəsinə nüfuz etdikcə hüquqi prosesləri də qaçılmaz olur. Bu dəfə isə bir ailə ev tapşırığına görə, universiteti məhkəməyə verib.
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Alimlər təsadüf nəticəsində "Hörümçək-adam"ın torlarını yaradıblar! (VİDEO)
Məhəllənin dostcanlı qəhrəmanı Hörümçək-adam artıq o qədər də xüsusi deyil. Çünki Tufts Universitetinin tədqiqatçıları Hörümçək-adamın biləyindən çıxan torları yaratmağı bacarıblar.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!