
Bir neçə müddət bundan öncə Tesla şirkəti 360 000-dən çox elektromobilini geri çağırmalı oldu. Səbəb isə elektromobillərin sahib olduqları Full-Self Driving (FSD) avtopilot sistemindəki problemlər idi. İndi isə məlum olub ki, Tesla öz avtopilot sisteminin sürücülər arasında istifadəyə verilmə prosesini hələlik dayandırıb. Belə ki, ABŞ-ın nizamlayıcı orqanları FSD-nın son versiyasında bəzi sistem səhvlərini aşkar ediblər. Aşkar edilmiş sistem səhvləri öz növbəsində yol qəzalarının baş verməsinə səbəb ola bilərlər. Nəticədə Tesla nizamlayıcı orqanların tələbi ilə FSD-nın sürücülər arasında istifadəyə verilmə prosesini dayandırmalı olub. Qeyd etmək lazımdır ki, FSD beta test mərhələsindədir və yalnız Şimali Amerikadakı Tesla sürücüləri üçün aktivdir.
Şərh yoxdur