main-post-cover

    Tesla Semi-nin güclü sürətini əks etdirən video yayılıb

    Elm & Texnologiya
    23.02.2018
    Farid Pardashunas
    Elon Musk keçən il Tesla Semi yük maşınını təqdim edərkən onun inanılmaz özəllikləri barədə məlumat vermişdi.
        Lakin bir çoxları yük maşınının bu cür özəlliklərə sahib olacağına inanmamışdı və Musk-ın bu bəyanatlarını sadacə olaraq reklam hiyləsi hesab etmişdi. Lakin artıq Tesla Semi-nin dəlisov gücünü sübut edən yeni faktlar ortaya çıxmağa başlayır. Bu barədə Electrek saytı xəbər verib. Belə ki, internetdə Tesla Semi ilə əlaqəli video yayılıb.
        Həmin videoda tamamilə elektriklə çalışan Tesla Semi tez bir zamanda yerindən güclü sürət yığmağa başlayır. Yük maşını ləng şəkildə San Fransisko-nun hansısa ümumi yolunda hərəkət edirdi. Lakin birdən o, saatda 25 mil göstərici nişanının yanında tez bir zamanda sürətini artırmağa başladı. Qeyd etmək lazımdır ki, hal-hazırda “Tesla” bu yük maşınının gələn il istehsal prosesinə başlamazdan öncə əməkdaşlıq etdiyi şirkətlərlə test proqramı keçirdir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər