
Tesla və BYD-nin batareyaları müqayisə edilib
Elm & Texnologiya
10.03.2025
Emil
Almaniyanın Aaxen şəhərində yerləşən RWTH Aachen Texniki Universitetinin tədqiqatçıları Tesla 4680 və BYD Blade batareyalarını hissələrə ayıraraq onları müqayisə ediblər. Komanda belə bir nəticəyə gəlib. Tesla batareyaları maksimum enerji sıxlığına fokuslanır, BYD isə iqtisadi səmərəlilik və təhlükəsizlik üstünlüklərinə diqqət yetirir. Texniki göstəricilər:
- Tesla 4680-in silindrik elementlərində enerji sıxlığı 241 vatt·saat/kq-dır.
- BYD Blade-in prizmatik elementlərində bu göstərici 160 vatt·saat/kq-dır.

Nəticəyə əsasən Tesla batareyaları daha kompakt və yüngüldür, lakin daha bahalıdır və daha çox qızır. BYD batareyaları isə termal baxımdan daha stabil və daha ucuzdur. Tədqiqatçılar gözlənilməz bir kəşf də ediblər. Hər iki batareyada anod hissəsində silisium elementi aşkar edilməyib. Komanda hər iki batareyanı test edərək onların strukturu, materialları və elektrik xüsusiyyətlərini öyrənib. Tədqiqat çərçivəsində növbəti göstəricilər müəyyən edilib. Enerji sıxlığı, istilik effektivliyi, daxili müqavimət, istehsal prosesləri. Bunun üçün alimlər aşağıdakı analiz metodlarından istifadə ediblər:
- Skan edən elektron mikroskopiyası (SEM)
- Termoqravimetrik analiz (TGA)
- Daimi cərəyan müqavimət ölçmələri.
Enerji sıxlığı baxımından - həm kütləvi (qravimetrik), həm də həcmli (volumetrik) göstəricilərdə Tesla 4680 batareyası açıq üstünlüyə malikdir:
- Tesla 4680: 241 vatt·saat/kq və 643 vatt·saat/litr
- BYD Blade: 160 vatt·saat/kq və 355 vatt·saat/litr

Bu o deməkdir ki, Tesla batareyaları eyni gücdə daha yüngül və daha kompakt ola bilər. Lakin bu yüksək enerji sıxlığı əlavə xərc tələb edir. Tesla 4680-in katod materialı nikel əsaslıdır və bahalıdır. BYD Blade isə daha sərfəli LFP (litium dəmir fosfat) katodundan istifadə edir. Bununla yanaşı, LFP elementləri daha yüksək termal stabilliyə malikdir, bu da həddindən artıq qızma və ya istilik yayılması riskini azaldır. Məhz bu səbəbdən LFP batareyaları getdikcə daha çox büdcəli və kütləvi istehsal olunan elektromobillərdə istifadə edilir. Tesla 4680 - silindrik elementdir, diametri 46 mm, uzunluğu isə 80 mm-dir.
BYD Blade isə nazik prizmatik elementdir,hündürlüyü 90 mm, uzunluğu 965 mm, qalınlığı isə cəmi 14 mm-dir. Lakin bu iki batareyanın fərqləri yalnız forma ilə məhdudlaşmır. Tesla 4680 "rulet" strukturu ilə hazırlanıb - elektrod qatları silindr daxilində sıx şəkildə bükülüb. BYD Blade isə Z-şəkilli qatlama üsulundan istifadə edir, bu da mexaniki stabilliyi artırır. Bu fərqlər istehsal prosesinə də təsir edir. Tesla ənənəvi elektrik çıxışlarını ləğv edərək prosesi sadələşdirib və elektrodları lazer qaynağı ilə birləşdirir. BYD isə həm ultrasəs, həm də lazer qaynağını birləşdirən texnologiyadan istifadə edir.

Tədqiqatçılar gözlənilməz bir nəticə ilə qarşılaşıblar. Onları ən çox təəccübləndirən hər iki batareyanın anodlarında silisiumun olmaması olub, xüsusilə də Tesla modelində. Silisium enerji sıxlığını artırmaq üçün əsas materiallardan biri hesab edilir. Lakin kütləvi şəkildə elektromobillərə keçidin qarşısında əsas maneə hələ də qiymətdir. Tesla 4680-in nikel əsaslı katodu, BYD Blade batareyasından hər kilovat·saat üçün 10$ daha bahalıdır. Bunun səbəbi nikel və kobaltın yüksək qiymətidir. LFP (litium dəmir fosfat) batareyaları üçün tələb olunan dəmir və fosfat isə daha ucuz və daha əlçatandır.
Batareyalar istilik effektivliyi baxımından da fərqlənir. Tesla 4680-in daxili müqaviməti yüksək olduğuna görə daha çox qızır, xüsusilə də sürətli enerji yığımı zamanı. Bu, batareyanın daha sürətli aşınmasına səbəb olur. BYD Blade isə LFP kimyəvi tərkibinə görə daha az istilik yayır və istilik yayılmasına qarşı daha dayanıqlıdır. Prizmatik forması da temperatur idarəsini asanlaşdırır, bu da bu batareyaları təhlükəsizlik baxımından etalon edir. Tədqiqatçılar vurğulayıblar ki, əsas məsələ hansı batareyanın daha yaxşı olması deyil, hansı batareyanın konkret istifadəyə daha uyğun olmasıdır. Güclü və lüks elektromobillər enerji sıxlığı yüksək olan Tesla 4680-dən faydalanacaq. Kütləvi bazar isə stabil və təhlükəsiz BYD Blade batareyalarına üstünlük verəcək.
Mənbə: Zmescience
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
İnsanabənzər Atlas robotu Hyundai şirkətinin zavodunda işə başlayıb
Təxminən 1 il əvvəl Boston Dynamics şirkəti tam elektriklə işləyən Atlas robotunu təqdim etdi. Bu yeni model, hidravlik sistemli əvvəlki Atlas modelindən daha sürətli, güclü və çevik oldu. 1 il ərzində aparılmış təcrübələr və təlimlər nəticəsində şirkət Atlas üçün ən uyğun iş sahələrindən birini müəyyənləşdirdi.

Elm & Texnologiya
Çində insanlar və robotlar üçün marafon keçiriləcək
Pekində unikal bir yarımarafon keçiriləcək. İnsanlar və humanoid (insanabənzər) robotlar birlikdə 21 km məsafəni qətt edəcəklər. Yarış 13 aprel 2025-ci ildə Beijing E-Town xüsusi iqtisadi zonasında baş tutacaq.

Elm & Texnologiya
Çində insanabənzər robot ictimai aşayişə nəzarət edir
Çinin Şençjen şəhərində PM01 adlı humanoid (insanabənzər) robotları polis əməkdaşları ilə birlikdə küçələri patrul etməyə başlayıblar.

Elm & Texnologiya
Alimlər radioaktiv tullantılardan atom batareyası hazırlayıblar
Ohayo Ştat Universitetinin tədqiqatçıları radioaktiv tullantıların utilizasiyası üçün perspektivli bir üsul təklif ediblər. Bu yanaşma eyni anda iki problemi həll edə bilər. Təhlükəli materialların təhlükəsiz idarə olunması və uzun ömürlü enerji mənbələrinin yaradılması.

Tech-Biznes
Donald Trump-ın fəaliyyəti texnoloji şirkətlərin böyük həcmdə bazar dəyərini itirmələrinə səbəb olub
ABŞ-ın texnologiya sektorundakı şirkətlərin səhmləri Donald Trump-ın andiçmə mərasimindən sonra 7%-dən çox dəyər itirib. Yeni administrasiyanın tətbiq etdiyi gömrük rüsumları ticarət müharibəsini alovlandırıb, bu da Wall-Street-də qeyri-müəyyənliyi artıraraq riskli aktivlərdən investorların geri çəkilməsinə səbəb olub.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
