Tibb sənayesində inqilab: Saç teli qalınlığında super nazik batareyalar hazırlandı!
Elm & Texnologiya
26.08.2024
Orxan Jafarli
MIT tədqiqatçıları, hüceyrə ölçülü robotları gücləndirə biləcək kiçik bir batareya hazırlayıblar. Yeni sink-hava batareyası, yalnız bir saç teli qalınlığındadır və tibbdə inqilab edə bilər.
Mühəndislər tərəfindən hazırlanmış bu “sink-hava batareyası”, bir qum dənəcəyindən belə kiçikdir və cəmi 0.1 millimetr uzunluğa və 0.002 millimetr qalınlığınlığa sahibdir ki, bu da insan saçının qalınlığına bərabərdir. Bu kiçik batareya, havadan oksigeni alaraq və 1 volt potensiala malik cərəyan yaradaraq sinki oksidləşdirir. Bildirilir ki, bu enerji miqdarı kiçik dövrə, sensor və ya aktuatorun işləməsi üçün kifayətdir. MIT Kimya Mühəndisliyi Departamentinin müəllimi Michael Strano, bu yeniliyin robototexnika sahəsində mühüm dönüş nöqtəsi olacağını bildirir. Strano laboratoriyası, illərdir ətraf mühitin stimullarına cavab verə bilən kiçik robotlar üzərində işləyir. Bununla belə, bu növ robotların yaradılmasında ən böyük problem, kifayət qədər enerji mənbələrinin təmin edilməsi idi. Digər tədqiqatçılar, günəş enerjisi ilə işləyən mikroskopik cihazlar hazırlamışdılar, lakin bu qurğular, daimi olaraq lazer və ya işıq mənbəyinə qoşulmalı idi.
Strano isə daha avtonom robotlar hazırlamaq üçün laboratoriyasında sink-hava batareyalarından istifadə etməyi seçdi. Sink-hava batareyaları yüksək enerji sıxlığı sayəsində uzun ömürləri ilə tanınır və tez-tez eşitmə cihazlarında istifadə olunur. Komandanın hazırladığı batareya, mikroelektronika üçün geniş istifadə olunan SU-8 adlı polimer zolağına daxil edilmiş platin elektroda qoşulmuş sink elektroddan ibarətdir. Bu elektrodlar, havadakı oksigen molekulları ilə qarşılıqlı əlaqədə olduqda, sink oksidləşir və platin elektroda axan elektronları buraxaraq cərəyan yaradır.
Tədqiqat zamanı göstərilmişdir ki, bu batareya, aktuatoru (xüsusən də robot qolunu) işə salmaq üçün kifayət qədər enerji verə bilir. Batareyanın ətraf mühitin kimyəvi maddələrinə uyğun olaraq elektrik müqavimətini dəyişən sensorlar kimi komponentləri gücləndirə biləcəyi də sübut edilmişdir. Bu araşdırmada tədqiqatçılar, batareyalarını xarici cihaza qoşmaq üçün kabeldən istifadə ediblər, lakin gələcək işlərdə batareyanın cihaza daxil edildiyi robotların hazırlanması planlaşdırırlar.
Bu tədqiqatlar, insan bədəninə yeridilə bilən və müəyyən bir hədəfə çatdıqda dərmanları buraxan kiçik robotların dizaynını əhatə edir. Bədəndə istifadə ediləcək bu cihazların artıq ehtiyac qalmadığı zaman öz-özünə parçalana bilən biouyğun materiallardan hazırlanacağı nəzərdə tutulur. Tədqiqatçılar, həmçinin batareyanın gərginliyini artıraraq yeni tətbiqlərə qapı açmağı hədəfləyirlər. Bununla belə, batareyanın öz potensialını tam reallaşdıra bilməsi üçün onun mövcud robot texnologiyaları ilə inteqrasiyasını təmin edəcək uyğun sistemlər və interfeyslər hazırlanmalıdır.
Linki kopyala
elmi xeber
battery
Scientific news
sink hava batareyası
ultra thin battery
battrey technologies
science
science news
elmi xeberler
batareya
Bənzər xəbərlər
Oxşar xəbərlər
Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?
Gələcəkdə Süd Yolu və Andromeda qalaktikaları toqquşacaqmı?
Astronomlar, çoxdan düşünürdülər ki, bizim öz qalaktikamız olan Süd Yolu, bir neçə milyard ildən sonra qonşu Andromeda qalaktikası ilə toqquşacaq. Yeni araşdırma isə bu fikirlə razılaşmır.
Alimlər, tullantılar üçün özünü məhv edə bilən canlı plastik adlı bioloji həll yolu tapıblar!
Alimlər, tullantılar üçün özünü məhv edə bilən canlı plastik adlı bioloji həll yolu tapıblar!
Alimlər, plastik çirklənməyə qarşı yeni həll yolu hazırlayıblar. Canlı plastik adlanan bu maddə, ətraf mühitə zərər vermədən özü-özünü məhv edə bilir.
Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Alimlər, bir ulduzun qara dəliyə düşərkən nələr baş verəcəyini görmək üçün simulyasiya hazırlayıblar! (VİDEO)
Qara dəliklər kainatın ən sirli hadisələrindən biri olmaqda davam edir. Bəs bir ulduz qara dəliyə düşərsə nə baş verər? Alimlər, baş verə biləcək hadisələri video vasitəsilə paylaşıblar.
Dünyanın ən sürətli mikroskopu hazırlanıb!
Dünyanın ən sürətli mikroskopu hazırlanıb!
Arizona Universitetindən professor Mohammed Hassan, elektronların hərəkətini saniyədə 2200 km sürətlə müşahidə etməyə imkan verən və vaxtı demək olar ki, donduran dünyanın ən sürətli mikroskopunu hazırlayıb.
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Superkütləli qara dəliklərin qalaktikalara necə təsir etdikləri aşkar edilib!
Qara dəliklər, kainatın ən sirli obyektlərindən biri olmaqda davam edir. Superkütləli qara dəliklər üzərində aparılan son tədqiqatlar, qalaktikalar haqqında dərin məlumatları ortaya qoyur.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!