Logo
    main-post-cover

    Tibbdə ilk dəfə olaraq PlayStation 5 pultu ilə əməliyyat həyata keçirilib! (VİDEO)

    Elm & Texnologiya
    16.10.2024
    Aslan

         Tibb dünyası texnologiyanın sərhədlərini aşan yeni bir inkişafın şahidi olub. İsveçrəli cərrahlar qrupu 9300 kilometr uzaqdan PlayStation Move və DualSense pultları ilə bir donuza endoskopik cərrahiyyə əməliyyat etməyi bacarıb.

         Hong Kong Çin Universitetinin Tibb Fakültəsiİsveçrə Federal Texnologiya İnstitutunun (ETH Zurich) birgə layihəsi nəticəsində həyata keçirilən əməliyyatda PS5 DualSense pultu ilə yanaşı, PlayStation Move pultu da istifadə olunub. Bu yenilikçi yanaşma, cərrahlara məsafəyə baxmayaraq heyvan üzərində tam nəzarət etməyə və uğurlu bir əməliyyat keçirməyə imkan verib.
         Hong Kong Çin Universitetinin Tibb Fakültəsi Cərrahiyyə Bölməsindən Dr. Shannon Melissa Chan bu mövzu ilə bağlı açıqlamasında bunları söyləyib: “Uzaqdan idarə olunan endoskopiya təkcə uzaqdan cərrahi təlim və mentorluq imkanı yaratmır, həm də uzaq bölgələrdə, xüsusilə yerli mütəxəssislərin olmadığı yerlərdə dərhal diaqnostika və cərrahi yardım təklif edir. Uzaqda olan bir mütəxəssis təlim keçmiş tibb bacılarına prosedurları necə yerinə yetirməyi də öyrədə bilər. Endoskopik texnologiya daha əlçatan olduqca, dünya üzrə milyonlarla xəstə mədə-bağırsaq xərçəngi ilə bağlı vaxtında diaqnostika və müalicə ala biləcək”.
         Oyun texnologiyasının fərqli sahələrdə istifadəsinin başqa bir nümunəsi də ABŞ ordusundan gəlmişdi. 2014-cü ildə lazer müdafiə sistemlərinin sınağında Xbox pultunun istifadə edildiyi bildirilmiş və bu barədə müxtəlif sınaq videoları yayımlanmışdı.
    Paylaş