main-post-cover

    TikTok'un sahibi ByteDance şirkəti öz musiqi servisi üzərində çalışır

    Elm & Texnologiya
    18.11.2019
    Emil Nəcəfov
        Məşhur TikTok servisinin sahibi olan ByteDance şirkəti özünün musiqi servisini istifadəyə verməyi planlaşdırır. Bu barədə Financial Times saytı xəbər verib. Məlumatda qeyd edilib ki, istifadəyə veriləcək yeni servis özündə qısa videoklipləri birləşdirəcək və həmin videoklipləri musiqilər ilə sinxronlaşdırıb dostlar ilə bölüşmək mümkün olacaq.
        Bu servisin aylıq abunəlik haqqı 10$-dan aşağı olacaq. Bu isə Spotify, Apple Music və digər servislərdən daha ucuz başa gəlir. Məlumata əsasən ByteDance öz servisi üçün musiqi kataloqlarının lisenziyalaşdırılması üçün Sony, Universal Warner şirkətləri ilə danışıqlar aparır. Güman edilir ki, yeni musiqi servisi gələn ay Braziliya, Hindistan və İndoneziya kimi ölkələrdə istifadəyə veriləcək. 
    Linki kopyala