Logo
    main-post-cover

    'Uber'dən Travis Kalanick-ə sərt mesaj: 'Travis, şirkətə geri qayıtmayacaq'

    “Uber”in təsisçisi və keçmiş CEO-su Travis Kalanick, şirkətə geri qayıtmayacaq.

    Bu barədə şirkətin həmtəsisçisi və direktorlar şurasının üzvü Garrett Camp bildirib. Camp, şirkət əməkdaşlarına məktub göndərib. Həmin məktubda isə Kalanick-in şirkətə qayıtması haqqında KİV-də yayılmış şaiyələrin əsassız olduğunu bildirib. “Bizim inkişafımızın yeni mərhələsi üçün yeni başçının və liderin vaxtı gəlib çatıb. Xəbərlərdə gördüyünüz məlumatlara baxmayaraq Travis, şirkətin baş direktor vəzifəsinə geri qayıtmayacaq” – deyə Camp öz məktubunda qeyd edib. Bundan əlavə olaraq məktubda qeyd olunub ki, şirkət hələki Travis-in yerinə gələcək şəxsin axtarışında deyil. Lakin şirkətin yeni baş direktoru, dünya səviyyəli bir CEO olmalıdır. Məlumata əsasən şirkət artıq Kalanick-in yerini əvəz edəcək 4 namizədi seçib. Bu namizədlərin seçilməsində hətta Kalanick özü də iştirak edib. Lakin namizədlərin adları hələki açıqlanmır. Qeyd etmək lazımdır ki, 21 İyun tarixində Kalanick, şirkətin 5 böyük səhmdarının təzyiqi nəticəsində şirkətdən getməli oldu. Onun getməsinin əsas səbəblərindən biri isə şirkətin son vaxtlarda müxtəlif münaqişələrdə adının hallanması oldu.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    'Uber'dən Travis Kalanick-ə sərt mesaj: 'Travis, şirkətə geri qayıtmayacaq' | Technote