
ABŞ-ın taksi sifarişi servisi Lyft, pilotsuz avtomobillər üçün texnologiyalar hazırlayacaq şöbəsinin istifadəyə verildiyini bildirdi.
"Lyft", açıq platforma üzərində çalışacaq. Həmin platforma çərçivəsində isə taksi servisi, avtomobil istehsalçıları, developerlər və digər tərəfdaşlara pilotsuz avtomobillər sahəsində özəl avtomobiilər şəbəkəsini təqdim edəcək. "Lyft"in strategiya üzrə direktoru Raj Kapoor, öz müsahibəsində qeyd edib ki, söhbət təkcə kənar şirkətlərin cəlb olunmasından deyil, həmdə software ilə hardware-ni birləşdirəcək özəl texnoloji platformanın yaradılmasından gedir. "Lyft" brendi adı altında şəxsi avtomobillərin istehsalından söhbət getmir. Şirkət bu sahədə öz rəqibi “Uber” kimi çalışmağı planlaşdırır. Yəni, avtomobil istehsalçılarının avtomobillərindən istifadə edərək onlara öz texnologiyalarını təqdim etmək planlaşdırılır. “Lyft” həmçinin adi avtomobilləri, pilotsuz avtomobillərə çevirəcək xüsusi cihazların istehsalı ehtimalının da olduğunu bildirib. Yeni şöbənin istifadəyə verilməsi üçün “Lyft” bu ilin sonuna kimi yüzlərlə mütəxəssis cəlb etməyi və Palo-Altoda laboratoriya ilə test meydançalarına sahib xüsusi ofis tutmağı planlaşdırır. Bunun üçün şirkət artıq 4645 kvadrat metr sahəli xüsusi yeri icarəyə götürüb. “Lyft”in sözlərinə əsasən həmin yer, “Level 5” adlanacaq. Bir neçə müddət bundan öncə isə “Lyft” bu sahə üzrə “General Motors”, “Alphabet” holdinqinin tərkibində olan Nutonomy startapı və “Waymo” şirkəti ilə əməkdaşlıq əldə etmişdi.