
Ubuntu hədəfinə çata bilmədi!
Elm & Texnologiya
07.05.2017
Farid
2015-ci ilin sonunda Linux istehsalı olan Ubuntu üçün 200 milyon istifadəçi hədəfləyən Canonical buna nail ola bilmədi və planları el deyimi ilə "suya düşdü". Bundan 4 il əvvəl Ubuntu Yaradıcılar Zirvəsində qurucu Mark Shuttleworth tərəfindən açıqlanan hədəfin yarısına belə çata bilmədikləri deyilir. Canonical tərəfindən rəsmi rəqəmlər açıqlanmayıb. Digər tərəfdən rəsmi olmayan təxminlərə görə stolüstü və server qurulmalarının 10 milyonları keçdiyi, amma 100 milyona çatmadığı iddia olunur. Şirkət bu hədəfinə çata bilmədi və bundan sonra Ubuntunun gələcəyinin necə olacağı maraqla gözlənilir.
Paylaş
Bənzər xəbərlər