main-post-cover

    Unity Technologies şirkəti 150 milyon dollar investisiya əldə etdi

    Elm & Texnologiya
    26.07.2019
    Emil Nəcəfov
        ABŞ-ın oyun texnologiyaları ilə məşğul olan Unity Technologies şirkəti 525 milyon dollar dəyərində tender təklifinin maliyyələşdirilməsi üçün D1 Capital Partners, Canada Pension Plan Investment Board, Light Street Capital, Sequoia Capital Silver Lake şirkətləri ilə razılıq müqaviləsi bağlayıb. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib.
        Bu tender təklifi vasitəsi ilə Unity-nin bir çox səhmdarları şirkətdəki paylarını sata biləcəklər. Şirkətin səhmdarlarının çoxu isə elə şirkət əməkdaşlarıdır. Şirkət həmçinin 150 milyon dollar dəyərində investisiyanın da əldə olunduğu təsdiqləyib. Beləliklə şirkət bu investisiyanı əldə edərək öz bazar dəyərini 6 milyard dollara çatdırıb.
        2004-cü ildə təsis edilmiş Unity şirkəti oyunların istehsalı üçün oyun mühərriklərinin, artırılmış və virtual reallıq texnogiyaları sahəsində cihaz və proqram təminatının yaradılması ilə məşğuldur. Crunchbase saytının məlumatına əsasən Unity indiyənə kimi ümumilikdə 601.5 milyon dollar investisiya cəlb edib. Şirkətin partnyorları sırasında Google, Microsoft, Facebook Oculus kimi şirkətlər var.
    Linki kopyala