main-post-cover

    Volkswagen yeni növ daxili yanacaq mühərriklərinin hazırlanmasını dayandırıb

    Elm & Texnologiya
    25.03.2021
    Farid Pardashunas
        Almaniyanın Volkswagen avtomobil brendinin bütün şöbələri Audi-nin ardınca yeni növ daxili yanacaq mühərriklərinin hazırlanmasını dayandırıb. Yaxın illərdə şirkət elektrikli nəqliyyat sisteminə keçidi maliyyələşdirmək üçün mövcud olan daxili yanacaq mühərriki seriyalarına sahib avtomobilləri istehsal etməyə davam edəcək. Lakin şirkət ənənəvi mühərrikləri inkişaf etdirməyi artıq planlaşdırmır. 2030-cu ilə kimi Volkswagen Avropada elektromobillərin satışlarını 70%, Çin və ABŞ-da isə 50% yüksəltməyi hədəfləyib. Volkswagen brendinin CEO-su Ralf Brandstatter öz bəyanatında Avro-7 adlı tullantılar standartına istinad verib. Avropa Birliyi artıq 2025-ci ildə bu standartı istifadəyə verəcək.

    Şirkət aktual olan tələblərə uyğunlaşmaq üçün benzinlə çalışan avtomobillər üçün mövcud olan mühərrikləri təkmilləşdirəcək və tədricən öz müştərilərinin perspektivli elektromobillərə keçidlərini reallaşdıracaq.

        Avtomobil istehsalçısı qənaətçil və güclü mühərriklərdən sadəcə olaraq effektiv satış aləti kimi istifadə edəcək. Şirkətin real fəaliyyəti isə artıq nəqliyyat növünün elektrikləşdirilməsinə yönəlib. Məşhur brendin CEO-su bildirib ki, daxili yanacaq mühərrikləri nəqliyyat modellərinin elektrikləşdirilməsinə yardımçı olacaq maliyyə mənbəyi rolunda çıxış edəcəklər. Qeyd etmək lazımdır ki, Volkswagen son aylarda artıq ikinci uzunmüddətli strategiyasında dəyişikliklər edir. Belə ki, daha əvvəl şirkət ənənəvi mühərriklərin yaradılmasının 2026-cı ildə dayandırılmasını və onların istifadə dövrlərinə 2040-cı ildə son qoyulmasını planlaşdırırdı.
        İndi isə şirkət əmindir ki, elektromobillər bazarı daha tez bir zamanda ələ keçirəcəklər. Bundan əlavə olaraq şirkət bu ayın əvvəlində öz yeni strategiyasının sürətləndirilməsini anons etmişdi. Belə ki, şirkət 2030-cu ilə kimi elektromobil satışlarını 35%-dən 70%-ə yüksəltməyi özünə hədəf qoyub. Bütün bunlara baxmayaraq Volkswagen Group şirkəti daxili yanacaq mühərriklərini istehsal edən təchizatların nə zaman dayanacaqlarını elan etməyə hazır deyil. Ralf Brandstatter-in sözlərinə əsasən buna istehlakçı qərar verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər