
Xiaomi şirkəti Mijia Outdoor Power Supply 1000 adlı yeni portativ powerbankı təqdim edib. Sözügedən powerbank öz günəş həcmi və nisbətən aşağı qiyməti ilə diqqəti cəlb edir. Mijia Outdoor Power Supply 1000 metal gövdəyə və 280 500 mAh enerji tutumlu batareyaya sahibdir. Sözügedən powerbank-dan eyni anda 13 ədəd cihaz enerji əldə edə bilər. Yəni sözügedən powerbank şarj üçün 13 ədəd girişə sahibdir. Onun standart çıxış gücü 1.6 kilovatt, maksimal çıxış gücü isə 2.4 kilovatt təşkil edir. Xiaomi qeyd edib ki, Mijia Outdoor Power Supply 1000 müxtəlif qorunma sistemləri və temperaturun ölçülməsi üçün nəzərdə tutulmuş 21 ədəd sensor ilə təchiz olunub.
Həmin sensorlar powerbank-ın yüksək temperatura kimi qızmasının qarşısını alırlar. Powerbank üçün xüsusi olaraq hazırlanmış mobil tətbiq ondan smartfon vasitəsilə idarəni təmin edir. Cihazın özü müxtəlif enerji mənbələrindən həm sabit həm də dəyişən cərəyan üzrə şarj oluna bilir. Powerbank həmçinin Günəş enerjisi vasitəsilə də şarj oluna bilər. Məlumatda qeyd edilib ki, Powerbank-ı 80% şarj etmək üçün 1 saat 30 dəqiqə, 100% şarj etmək üçün isə 2.5 saat kifayət edir. Mijia Outdoor Power Supply 1000-i artıq Çində 620$ qiymətinə ön sifariş etmək olar. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı isə bilinmir.