Xiaomi Mi Band 7 smart qolbağı barəsində ilk məlumatlar ortaya çıxıb

Xiaomi Mi Band 7 smart qolbağı barəsində ilk məlumatlar ortaya çıxıb

Texnologiya
04.03.2022 PAYLAŞIM

    İnternetdə Xiaomi Mi Band 7 smart qolbağı barəsində ilk məlumatlar ortaya çıxıb. İnsayderlər smart qolbağın istifadəçi interfeysinin beta versiyasının kodunda yeni Mi Band modelinin sahib olacağı özəlliklər barəsində məlumatlar aşkar ediblər. Beləliklə verilmiş məlumata əsasən M2129B1 M2130B1 (adi və NFC dəstəkli)  model nömrələrinə sahib smart qolbaq 490x192 piksel keyfiyyətli ekran ilə təchiz olunacaq. Ekran Always on Display funksiyasını dəstəkləyəcək. İstifadəçilərə həmçinin çoxlu sayda virtual siferblat (saatın ön paneli) da təqdim ediləcək.

    İnsayderlər bildiriblər ki, Mi Band 7 qolbağı Smart Alarm adlı funksiyanı əldə edəcək. Bu funksiya yüngül yuxu fazasında olan istifadəçini öncədən təyin edilmiş zəngli saata 30 dəqiqə qalmış oyandıracaq. Bundan əlavə olaraq yeni smart qolbaq çox güman ki, enerji sərfiyyatına qənaət məsələsində daha təkmilləşdirilmiş sistem əldə edəcək. Mi Band 7-də GPS modulun olacağı istisna edilmir. Lakin qeyd etmək lazımdır ki, Mi Band 6-nın da GPS modul əldə edəcəyi deyilirdi. Nəticədə isə smart qolbaq belə bir imkanı əldə etmədi. Xiaomi yeni Mi Band barəsində heç bir rəsmi məlumat verməyib. Mi Band 6 keçən il mart ayının sonunda təqdim edilmişdi. Heç istisna deyil ki, şirkət bu ayın sonunda Mi Band 7-ni təqdim etsin.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik AirPods Pro 2-nin nə zaman satışa çıxacağını açıqlayıb..

Naqilsiz AirPods Pro qulaqlıqlarının birinci nəsli 2019-cu ilin oktyabr ayında satışa çıxmışdı...


Naqilsiz yeni Redmi Buds 4 və Buds 4 Pro qulaqlıqları təqdim edilib - QİYMƏTİ..

Redmi brendi 2 ədəd yeni naqilsiz qulaqlığı təqdim edib. Söhbət, Redmi Buds 4 və Buds 4 Pro qulaqlar..


Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi ..


Apple öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır

Görünür, Apple şirkəti öz cihazlarında fiziki düymələrdən imtina etməyi planlaşdırır. Şirkətin yeni ..


Snapdragon 8+ Gen 1 və flaqman özəlliklərə sahib Snapdragon 7 Gen 1 prosessorlar..

Qualcomm şirkəti keçirtmiş olduğu xüsusi təqdimat tədbiri çərçivəsində yeni Snapdragon 8+ Gen 1 flaq..


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...

×