main-post-cover

    Xiaomi Mi Mix 3S'in ilk məlumatları sızdırıldı

    Elm & Texnologiya
    16.11.2018
    Farid Pardashunas
        iGeekPhone adlı mənbə Xiaomi Mi Mİx 3S flaqman modelinin ilk məlumatlarını təqdim edib. Belə ki, o, smartfonun texniki göstəriciləri və qiyməti barəsində məlumatları paylaşıb. Mənbənin verdiyi məlumata əsasən Xiaomi Mi Mix 3S slayder formatında qalacaq. Lakin buna baxmayaraq onun xarici görünüşündə cüzi dəyişikliklər olacaq. Onun arxa hissəində şaquli şəkildə yerləşdirilmiş üçlü kamera olacaq. Barmaq izi skanı texnologiyası isə smartfonun ekranına inteqrasiya olunacaq. İkili ön kamera, və ekran ölçüsü olduğu kimi qalacaqlar. Texniki göstəricilərə gəldikdə isə Mi Mix 3S 5G modulu, Snapdragon 8150 prosessoru, 4/6 GB RAM və 128 GB-a kimi daxili yaddaş ilə təchiz olunacaq. Məlumata əsasən smartfonun qiyməti 547$ təşkil edəcək. Mi Mix 3S-in dəqiq satış tarixi barədə məlumat olmasa da onun gələn ilin Mart ayında satışa çıxması güman edilir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər