Xiaomi Mi Mix 4 reklam posterində görüldü

Xiaomi Mi Mix 4 reklam posterində görüldü

Texnologiya
11.12.2019 PAYLAŞIM

    Xiaomi şirkəti satışa çıxmağa hazırlaşan məhsullarının tizerlərini təqdim etməyə başlayıb. Xiaomi şirkətinin ortaya çıxmış yeni posterində hansısa smartfon modeli əks olunub. Lakin diqqətli istifadəçilər həmin posterdə təqdimat tədbirinin nə zaman keçiriləcəyini və təqdimat zamanı hansı smartfon modelinin təqdim olunacağını öyrənə biliblər.

    Beləliklə posterə əsasən Xiaomi şirkəti yeni məhsulu 10 yanvar tarixində CES 2020 sərgisində təqdim edəcək. Hələ bir neçə müddət bundan öncə insayderlər məlumat vermişdilər ki, şirkət Mi Mix 4-ün təqdimatına hazırlaşır. Lakin bunun əsas sübutu indi ortaya çıxıb. Ortaya çıxmış posterdə Mix sözünü adi gözlə görmək çox çətindir. Lakin qrafik redaktorun istifadəsi sayəsində həmin yazını görmək olar.

    Qeyd etmək lazımdır ki, daha öncədən Mi Mix 4-ün bir sıra fotoları ortaya çıxmışdı. Gözləntilərə əsasən smartfon ekrana inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq. Belə ki, posterdəki fotodan da görmək olar ki, smartfonun ön panelində heç bir çıxıntı hissə yoxdur. Bundan əlavə olaraq yeni Mi Mix modelində ön kameranın smartfon gövdəsinin yuxarı hissəsinin daxilində yerləşdirilməsi də planlaşdırılmır. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Huawei yenilənmiş MateBook X Pro (2020) noutbuk modelini təqdim etdi - QİYMƏTİ..

Öz təqdimat tədbiri çərçivəsində Huawei şirkəti MateBook X Pro noutbuk modelinin 10-cu nəsil Intel p..


Huawei-dən 5G dəstəkli MatePad Pro planşeti - QİYMƏTİ

Huawei şirkəti MatePad Pro planşet modelinin Avropa bazarı üçün nəzərdə tutulmuş qlobal versiyasını ..


SON DƏQİQƏ: Huawei yeni qatlana bilən smartfonu Mate Xs-i təqdim etdi - QİYMƏTİ..

Öz yeni noutbuk və planşet modelindən əlavə olaraq Huawei şirkəti hamı tərəfindən gözlənilən yeni qa..


Sony-dən orta büdcəli Xperia 10 II smartfonu

Xperia 1 II smartfon modelindən sonra Sony şirkəti həmçinin Xperia 10 II modelini də təqdim edərək b..


Sony şirkəti Xperia 1 II adlı flaqman smartfonunu təqdim etdi

MWC 2020 sərgisinin ləğv edilməsinə baxmayaraq Sony şirkəti öz yeni flaqman smartfon modelini təqdim..


Google, Microsoft Edge istifadəçilərini Chrome brauzerinə keçməyə məcbur edir..

Google, Microsoft Edge brauzerinin istifadəçilərini Chrome-a keçməyə məcbur edir. Həm də ciddi şəkil..