Xiaomi öz ilk kompakt ölçülü stolüstü kompüteri Mini Host-u təqdim edib - QİYMƏTİ

Xiaomi öz ilk kompakt ölçülü stolüstü kompüteri Mini Host-u təqdim edib - QİYMƏTİ

Texnologiya
12.12.2022 PAYLAŞIM

    Xiaomi öz təqdimat tədbiri çərçivəsində ilk kompakt ölçülü stolüstü kompüterini təqdim edib. Şirkətin ilk stolüstü kompüteri Xiaomi Mini Host adını əldə edib və xarici görünüşcə o, Apple şirkətinin Mac mini modelini xatırladır. Xiaomi Mini Host kompüterinin gövdəsi alüminium materialdan hazırlanıb və onun çəkisi cəmi 470 qramm təşkil edir. Texniki özəlliklər baxımından kompüter Intel Core i5-1240P prosessoru, Intel Irıs Xe qrafikası, DDR4 standartlı 16 GB RAM 512 GB həcmində SSD PCle 4 ilə təchiz olunub. Şirkətin verdiyi məlumata əsasən Mini Host-un maksimal enerji sərfiyyatı 100 vatt təşkil edir.


    Bununla yanaşı alıcılar Mini Host-un RAM-a və SSD yaddaşa sahib olmayan versiyasnı da əldə edə bilərlər. Bu halda onlar kompüteri öz istəklərinə uyğun olan RAM və yaddaş ilə təchiz edə bilərlər. Qeyd etmək lazımdır ki, Xiaomi-nin ilk stolüstü kompüteri 32 GB-a kimi RAM yaddaşını və 4 TB-a kimi daxili yaddaş həcmini dəstəkləyir. Xiaomi Mini Host həmçinin özündə USB 3.2, USB 2.0, 2 ədəd HDMI, 2 ədəd Thunderbolt 4Mini-Jack girişlərini birləşdirir. Kompüter Bluetooth 5.3 texnologiyasının və Wi-Fi 6 şəbəkə standartının dəstəyinə sahibdir. Xiaomi Mini Host Windows 11 vasitəsilə çalışır. Kompüterin RAM və daxili yaddaş həcminə sahib olmayan versiyası 400$-a, 16 GB RAM-a və 512 GB yaddaş həcminə sahib versiyası isə 530$-a satılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.


Tesla-nın 2016-cı ildəki avtopilot sistemi videosu tamamilə quraşdırılma imiş (V..

Tesla şirkəti 2016-cı ildə Model X elektromobili ilə bağlı reklam videosu təqdim etmişdi.

×