main-post-cover

    Xiaomi Redmi S2: Süni zəka texnologiyalı kameraya sahib büdcəli smartfon təqdim olundu

    Elm & Texnologiya
    10.05.2018
    Farid Pardashunas
    Xiaomi şirkəti rəsmi olaraq Redmi S2 smartfonunu təqdim etdi. Sözügedən smartfon Redmi S seriyasının ilk modelidir. Redmi S2 Snapdragon prosessoru ilə təchiz olunub və ön kamera barəsində fotoların müxtəlif yaxşılaşdırma effektlərinə və Mi6 kimi arxa kameraya sahibdir. Redmi S seriyasındakı S hərfi Selfie Series mənasını verir. Bu barədə Gizmochina saytı xəbər verib. Buna görə də yeni smartfon 16 MP-lik ön kamera ilə təchiz olunub. Şirkət bildirib ki, Redmi S2 kameralarında süni zəka texnologiyasından istifadə olunur. Bu isə öz növbəsində çəkilmiş fotoların keyfiyyətlərinin yaxşılaşdırılmasına yardımçı olur.

    Şirkət həmçinin onu da qeyd edib ki. Redmi S2 modeli arxa fonun bulanıq düşməsi rejimində fotoların çəkilişi zamanı kadrdakı obyektlərin kənarlarını digər smartfonlardan daha dəqiq təyin edə bilir. İşıqlandırmanın yaxşı olmadığı mühitdə 4 əlavə piksel ölçüsü 2 mikrometr olan böyük piksel formasında cəmlənir. Bunun sayəsində çətin vəziyyətlərdə çəkilmiş fotoların keyfiyyəti yaxşı olur. Xarici görünüşcə Redmi S2 şirkətin sonuncu smartfonlarına bənzəyir.

    Smartfon 18:9 nisbətində nazik çərçivələrə sahib 6 inç-lik HD+ keyfiyyətli IPS ekranla təchiz olunub. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 625 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş (microSD dəstəkli), 12 MP + 5 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və sürətli enerji yığma özəlliyinə sahib 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 9 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun blokdan çıxarılması üçün istifadəçi təkcə barmaq izi skanı texnologiyasından deyil həmdə istifadəçi üzünün skanı texnologiyasından da istifadə edə bilər. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 157$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 204$-a satılacaq. Xiaomi Remdi S2 17 May tarixindən satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər