
Xiaomi şirkəti də Nokia 9 PureView kimi 5 arxa kameralı smartfon üzərində çalışır
Elm & Texnologiya
01.02.2019
Orxan
HMD Global şirkəti artıq bir neçə dəfə 5 arxa kameraya sahib Nokia 9 PureView smartfonunun təqdimatını təxirə salıb. Bu müddət ərzində şirkətin rəqibləri boşuna zaman itirməyərək bu texnologiya üzərində çalışırdılar. Belə ki, Xiaomi şirkətinin məhsullar üzrə direktoru Wang Teng Thomas təsadüfən 5 arxa kameraya sahib yeni Xiaomi smartfonunun fotosunu paylaşıb. Bu barədə Mydrivers saytı xəbər verib.

Xiaomi şirkətinin təmsilçisinin Weibo sosial şəbəkəsindəki hesabında, üzərində 6 smartfon modelinin yerləşdiyi masanın fotosu təqdim edilib. Lakin fotonun maraqlı hissəsi məhz aşağı sol tərəfində yerləşir. Belə ki, həmin hissədə “Shot On Mi AI Penta Cam” cümləsi əks olunub. Smartfon barəsində əlavə heç bir məlumat yoxdur. Həmçinin təqdim edilmiş fotoda əks olunmuş smartfonların ekranlarındakı fotolardan smartfonun hansı çəkiliş keyfiyyətinə sahib olacağını söyləmək də çətin məsələdir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
