Xiaomi şirkəti Mi Max ilə Mi Note smartfon seriyalarından imtina edə bilər
Elm & Texnologiya
23.06.2019
Farid Pardashunas
Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti özünün Mi Max ilə Mi Note seriyasının istehsalından imtina edə bilər. İndi isə şirkətin CEO-su Lei Jun bu məlumatı təsdiqləyib. Daha dəqiq desək, Lei Jun bildirib ki, bu il Mi Max və Mi Note seriyalarında yeni smartfon modellərini gözləmək lazım deyil. Bu barədə Gagadget saytı xəbər verib
Sözügedən seriya ilə gələcəkdə nə olacağını söyləmək çətindir. Heç istisna deyil ki, həmin smartfon seriyalarına ümumiyyətlə son qoyulacaq. Bu il üçün isə Xiaomi-nin digər planları var. Şirkət əsasən 4 smartfon istiqamətində inkişaf etməyi planlaşdırır: Xiaomi Mi, Mi Mix, gənclər üçün nəzərdə tutulmuş yeni Xiaomi CC seriyası və Redmi brendinin smartfon seriyası.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək