main-post-cover

    Xiaomi şirkəti Mi9 smartfonundan başqa özünün yeni naqilsiz şarj cihazlarını da təqdim etdi

    Elm & Texnologiya
    20.02.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti Mi9 Mi9 SE smartfon modellərindən başqa həmçinin özünün aksessuarlar seriyasını da təqdim edib. Yeni cihazlar sırasında sürətli naqilsiz şarj batareyası olan Mi Wireless Power Bank, yenilənmiş şarj stansiyası olan Mi Wireless Charger və avtomobillərdə cihazların şarjı üçün nəzərdə tutulmuş Mi Wireless Car Charger var. Mi Wireless Power Bank 10.000 mAh enerji tutumlu batareya həcminə sahibdir və o, enerjini cihazlara “hava” vasitəsilə ötürür.

        Bununla yanaşı sözügedən powerbank modeli həmçinin iki ədəd giriş ilə də təchiz olunub. Beləliklə bu powerbank vasitəsilə eyni anda 3 cihazı şarj etmək olar. Texniki göstəricilər baxımından bu powerbank modeli 10 vatt gücündə naqilsiz şarj prosesini təmin edir, USB Type-C girişi )18 vattlıq enerji qəbulu və ötürülməsi) və USB Type-A girişi (18 vattlıq enerji ötürülməsi) ilə təchiz olunub. Powerbankın özü isə 18 vatt gücündə olan enerji mənbəsi vasitəsilə 4 saat ərzində tam şarj olunur. Mi Wireless Power Bank Çində 22$ qiymətində satılacaq.

        Mi Wireless Charger Mi Mi 3 smartfonu ilə birlikdə satılan naqilsiz şarj stansiyasının yenilənmiş versiyasıdır. Yenilənmiş naqilsiz şarj stansiyasının əsas özəlliyi isə onun 27 vatt gücündə enerjini qəbul edərək 20 vatt gücündə enerjini ötürə bilməsindədir. Məsələn təqdim olunmuş Mi9 smartfonunu həmin naqilsiz şarj stansiyası vasitəsilə 60 dəqiqə ərzində tamamilə şarj etmək olar. Mi Wireless Charger Çində 15$-a satılacaq.

        Daha bir yeni cihaz isə avtomobillər üçün nəzərdə tutulmuş Mi Wireless Car Charger adlı naqilsiz şarj stansiyası olub. Sözügedən cihaz avtomobilin daxilindəki ventilyasiya hissəsinə bərkidilir və smartfonu şarj stansiyasına yerləşdirən zaman şarj stansiyası avtomatik olaraq smartfonu özündə bərkidir. İstifadəçi smartfonu götürmək istəyən zaman isə şarj stansiyasının smartfonu bərkitmə gücü bir qədər sadələşir. Şarj stansiyası maksimum 81.5 mm qalınlığında olan smartfonları dəstəkləyir. Enerji cihazından asılı olaraq şarj stansiyasının maksimal enerji qəbulu gücü 27 vatt, enerji ötürülməsi gücü isə 20 vatt təşkil edir. Mi Wireless Car Charger Çində 25$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər