Logo
    main-post-cover

    Xiaomi şirkəti MIUI 11 istifadəçi interfeysini təqdim etdi

    Elm & Texnologiya
    24.09.2019
    Emil
        Mi9 Pro 5GMi Mix Alpha smartfon modellərindən sonra Xiaomi şirkəti yeni istifadəçi interfeysi olan MIUI 11-i də təqdim etdi. Şirkət öz istifadəçi interfeysinə sistem səviyyəsində bir sıra yeniliklər əlavə etdi və bu payız yeni istifadəçi interfeysini əldə edəcək smartfon modellərinin siyahısını da təqdim etdi. Bu barədə Mydrivers saytı xəbər verib. Beləliklə MIUI 11-in interfeysində dəyişiklər edilib və o daha sadə görünür və interfeysdə daha çox lazımi məlumat əks olunur.
        Bununla yanaşı MIUI 11-də sistem səviyyəsində olan Dark Mode rejimi də təkmilləşdirilib. Tərtibatçılar şriftlərin qalınlıqlarının dəyişdirilməsi özəlliyini əlavə ediblər. Bununla yanaşı MIUI 11-də şriftlərin miqyaslarının dinamik böyüdülməsi də reallaşdırılıb. Always on Display funksiyası da yenilənib. MIUI 11-ə onlarla yeni səs effektləri əlavə olunacaq və həmin səs effektlərini zəngli saata qoşmaq olacaq. Səs effektlərinin arasında həmçinin təbiət səsləri də olacaq. Şirkət MIUI 11 üçün iki yeni sistem tətbiqini anons edib.
        Onlardan birincisi Mi Work-dur. Bu tətbiq sənədlərin smartfonlara və ya kompüterlərə saniyədə 82 Mbit sürətlə ötürülməsi üçün nəzərdə tutulub. İkinci sistem tətbiqi isə Mi Go-dur və o, sayahətçilər üçün nəzərdə tutulub. Həmin tətbiq özündə smartfonun avtonom rejimdə çalışma müddətinin yüksəldilməsini birləşdirir. Şirkət bildirib ki, Mi Go-nun aktivləşdirilməsindən sonra smartfon 5% enerji səf edərək 24 saat ərzində gözləmə rejimində qala bilər. MIUI 11-i əldə edəcək smartfonlar isə yuxarıdakı fotoda əks olunublar. 
    Paylaş
    Bənzər xəbərlər