main-post-cover

    Gövdənin 180%'ni əhatə edən ekrana sahib Mi Mix Alpha təqdim olundu - QİYMƏT

    Elm & Texnologiya
    24.09.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti bu ilin ən orijinal smartfonlarından biri olan Mi Mix Alpha-nı təqdim etdi. Mi Mix Alpha smartfon gövdəsinin 180.6%-ni əhatə edən ekranı əldə etməklə yanaşı həmçinin 108 MP-lik arxa kameranı əldə etmiş ilk smartfon modeli oldu. Mi Mix Alpha-nın gövdəsinin demək olar bütün sahəsini ekran əhatə edir. İstisna olaraq sadəcə arxa paneldəki zolaq hissəsini qeyd etmək olar. Belə ki, həmin hissədə smartfonun arxa kamera modulları yerləşdirilib.
        Smartfonun ekranı çərçivələrdən və səsgücləndiricilərdən tamamilə məhrum olub. Səs isə ekran vasitəsilə ötürülür. Arxa paneldə yerləşən ekran üçün şirkət əlavə interfeys hazırlaıb. Şirkət həmçinin smartfonda ön kameradan imtina edib. Onun funksiyasını isə arxa kameralardan biri yerinə yetirəcək. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 855 Plus prosessoru, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi (UFS 3.0 standartlı), 40 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya və 5G modul ilə təchiz olunub.
        Kameralara gəldikdə isə smartfon 3 arxa kameraya sahibdir: 108 MP + 20 MP + 12 MP. Beləliklə Mi Mix Alpha modeli 108 MP-lik arxa kameranı əldə etmiş ilk smartfon modeli oldu. Şirkət ilin sonunda məhdud sayda Mi Mix Alpha modelini satışa çıxartmağı söz verdi. Onun qiyməti isə 2830$ təşkil edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər