main-post-cover

    Xiaomi şirkəti rəsmi olaraq Mi Band 4 smart qolbağını təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    11.06.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti Çində keçirtdiyi tədbir çərçivəsində Mi Band 4 smart qolbağını təqdim etdi. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş yeni Mi Band 4 xarici görünüşcə əvvəlki modelləri xatırladır. Bu həminki kapsul tərzli dizayna sahib cihazdır hansını ki, silikon materialdan hazırlanmış kəmərə taxmaq lazımdır. Əvvəlki modellərdən xarici görünüşcə fərqləndirici özəllik kimi idarəetmə düyməsini qeyd etmək olar.

        Mi Band 4 240x120 piksel keyfiyyətli 0.95 düym AMOLED ekrana sahibdir. Mi Band 3-dən fərqli olaraq Mi Band 4-də ekran bir qədər böyük və rəngli olub. Bununla yanaşı yeni smart qolbaq həmçinin səsli köməkçini də dəstəkləyir. Onun vasitəsilə Xiaomi şirkətinin digər ağıllı cihazlarını idarə etmək mümkündür. Təəssüflər olsun ki, bu özəllik yalnız Çin istifadəçiləri üçün aktiv olacaq.

        Mi Band 4 həmçinin suya dözümlülük özəlliyini (50 metr dərinliyə kimi), ürək döyüntülərinin təyin olunması ötürücülərini, bir çox idman rejimlərini və NFC modulunu əldə edib. NFC modul sayəsində qolbaq kontaksız ödəmə üsulunu dəstəkləyir. Lakin çətin ki, o, Google Pay ödəniş sisteminin dəstəyini əldə etsin. Bir dəfə şarj olunandan sonra Mi Band 4 də keçən ilki Mi Band 3 kimi 15-20 gün ərzində çalışa bilər. Təbii ki, bu, istifadəçinin qolbağı necə istifadə edəcəyindən asılıdır. Mi Band 4 14 iyun tarixində satışa çıxacaq. NFC modula sahib olmayan model 25$-a, NFC modul ilə olan model isə 33$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər