main-post-cover

    Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    26.09.2023
    Emil Nəcəfov
        Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da təqdim edib. Bu, Xiaomi-nin Google əməliyyat sistemi və Qualcomm prosessoru vasitəsilə çalışan ilk smart saatıdır. Söhbət, WearOS əməliyyat sistemindən və Snapdragon W5+ Gen 1 prosessorundan gedir. Xiaomi Watch 2 Pro smart saatı 46 mm-lik gövdə ölçüsünə sahibdir. Saatın özü paslanmaz poladdan hazırlanmış gövdə ilə təchiz olunub. Üstəlik gövdə sudan qorunma özəlliyinə sahibdir və üst hissəsi fırlana biləndir. Xiaomi Watch 2 Pro 4G LTE dəstəyini əldə etdiyi üçün o, smartfondan asılı olmayaraq tam avtonom şəkildə çalışa bilir.
        WearOS sayəsində smart saat Google Maps, Google PayYoutube Music servislərini dəstəkləyir. Smart saat 150-dən çox idman rejimini dəstəkləyir. Üstəlik Xiaomi Watch 2 Pro ürək döyüntüləri ritmini, qandakı oksigen miqdarını, stress səviyyəsini və yuxu keyfiyyətini monitorinq edə bilir. Şirkət bildirib ki, 4G imkanlarından istifadə edilmədiyi halda smart saat 65 saat ərzində, 4G-nin aktivləşdirildiyi halda isə 55 saat ərzində çalışa bilir. Xiaomi Watch 2 Pro yaxın günlərdə satışa çıxacaq. Yalnız Wi-FiBluetooth dəstəkli versiya 270 avroya, 4G dəstəkli versiya isə 330 avroya satılacaq.
    Linki kopyala