Logo
    main-post-cover

    Yaponiyada disketlər kimi köhnə məlumat daşıyıcılarından imtina ediləcək

    Elm & Texnologiya
    31.01.2024
    Emil
         Bəzi sənədlərin və ərizələrin CD disk, mini disk və ya disket kimi köhnəlmiş daşıyıcılar vasitəsilə təqdim edilməsi praktikası Yaponiyada hələ də mövcuddur. Lakin bu vəziyyət yaxın zamanda dəyişəcək. Belə ki, Yaponiyanın rəqəmsal transformasiya üzrə naziri Taro Kono artıq köhnəlmiş məlumat daşıyıcılarının Yaponiyada istifadəsinin aradan qaldırılmasına nail ola bilib. Qeyd etmək lazımdır ki, nazir bu köhnəlmiş texnologiyalardan imtina niyyətini hələ 2022-ci ilin sonunda elan etmişdi.
         Həmin vaxtda o, müxtəlif təşkilatları müəssisələrdən məlumatların köhnəlmiş fiziki daşıyıcılarda tələb edilməsindən imtinaya səsləmişdi. Nazirin bu yeni təşəbbüsünü ilk olaraq İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi dəstəkləmək qərarına gəlib. Belə ki, nazirlik gələn ildən başlayaraq məlumatların disketlərdə təqdim olunması praktikasından imtina edəcək. CD disklərə gəldikdə isə bəzi proseslər çərçivəsində onlardan istifadəyə davam edəcəklər. Artıq köhnəlmiş məlumat daşıyıcılarından ölkədə tamamilə imtinanın nə qədər müddətə reallaşdırılacağı bilinmir.
    Paylaş