
Yaxın günlərdə potensial təhlükəli asteroid Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq
Elm & Texnologiya
30.01.2024
Emil
NASA-nın vermiş olduğu məlumata əsasən potensial təhlükəli asteroid 2 fevral tarixində Yer kürəsinə maksimal məsafədə yaxınlaşacaq. Məlumatda qeyd edilib ki, 2008 OS7 kimi markerlənmiş bu asteroid 2 fevral tarixində Yer kürəsinin yaxınlığından 2 850 000 km məsafədə ötüb keçəcək. NASA bildirib ki, sözügedən asteroidin diametri 210-480 metr təşkil edir. Bu isə idman stadionu ölçüsü deməkdir. Asteroidin ölçüsünü və Yer kürəsinə kimi olan məsafəsini nəzərə alsaq, o, potensial təhlükəli asteroidlər siyahısına daxildir. Lakin onun Yer kürəsi ilə toqquşma təhlükəsi yoxdur.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
