Logo
    main-post-cover

    Yaxın zamanda Starship-in ilk orbital uçuşunun növbəti cəhdi baş tuta bilər

         Elon Musk-ın vermiş olduğu məlumata əsasən Starship-in ilk orbital uçuşunun növbəti cəhdinin texniki tərəfi artıq 3-4 həftədən sonra hazır ola bilər. Çətin ki, müvafiq tənzimləyici orqan şirkətə növbəti uçuş cəhdi üçün bu qədər qısa müddət ərzində icazəni verə bilsin. Digər tərəfdən SpaceX-in öz raketlərini belə sürətlə hazırlaması faktı heyrətləndirməyə bilməz. Qeyd etmək lazımdır ki, Starship-in ilk orbital uçuşunun keçən həftənin sonunda reallaşdırılmış ikinci cəhdi aprel ayındakı birinci cəhddən nisbətən uğurlu oldu. Buna baxmayaraq uçuş missiyası problemlərsiz ötüşmədi.
         Belə ki, uçuşa start veriləndən 9 dəqiqə sonra şirkət Starship kosmik gəmisi ilə əlaqəni itirdi və nəticədə ona partlama əmri göndərildi. Super Heavy raketinə gəldikdə isə o, Starship-dən ayrılandan bir neçə dəqiqə sonra havada partladı. Aprel ayında reallaşdırılmış cəhddən fərqli olaraq bu dəfə start meydançası infrastruktur baxımından zərər çəkməyib. Musk həmçinin qeyd edib ki, SpaceX zavodlarında 3 yeni raketin inşası yekunlaşmaq üzrədir. Buna görə də yeni ildə şirkətin uçuş missiyaları daha böyük intensivliklə baş tutacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Yaxın zamanda Starship-in ilk orbital uçuşunun növbəti cəhdi baş tuta bilər | Technote