Logo
    main-post-cover

    Yeni alüminium batareya çoxlu sayda şarjdan sonra öz həcminin 99%-ni qoruyub saxlayır

    Elm & Texnologiya
    03.02.2025
    Emil
         Pekin Universiteti Pekin Texnologiya İnstitutunun alimləri 10 000 dəfə şarj dövründən sonra ilkin tutumunun 99%-ni saxlaya bilən bərk cisimli alüminium batareyası hazırlayıblar. Bu ixtira, ənənəvi litium-ion batareyaları ilə müqayisədə enerji saxlama müddətini əhəmiyyətli dərəcədə uzatmağı vəd edir. Aparılmış sınaqlar zamanı yeni növ batareyanın prototipi deşilmələrə, qısaqapanmalara və 1000 dərəcə Selsiyə qədər qızdırılmaya məruz qalsa da, heç bir sızma, yanğın və ya partlayışa səbəb olmayıb.
         Hətta 200 dərəcə Selsi temperaturda belə, gərginlik otaq temperaturundakı səviyyədə qalıb ki, bu da batareyanın ekstremal şəraitdə işləməyə davam edə bildiyini sübut edir. Bu texnologiya alüminium xloriddən ibarət maye elektrolitin istifadəsinə əsaslanır. Adətən bu maddə korroziyaya səbəb olur, lakin alüminium ftorid və xüsusi duz örtüyünün əlavə edilməsi elektrodlar üzərində korroziyanın qarşısını alan  bərk cisimli sistem yaratmağa imkan verib. Alüminium ftorid yuyulub təkrar istifadə oluna bilər və demək olar ki, eyni miqdarda geri qaytarılır. Alüminium da səmərəli şəkildə emal oluna bildiyi üçün bu texnologiya tullantısız istehsal baxımından perspektivli hesab edilir.
    Mənbə: Acs
    Paylaş
    Bənzər xəbərlər
    hindistan-kosmosa-ilk-idare-olunan-ucuslara-hazirlasir
    Elm & Texnologiya

    Hindistan kosmosa ilk idarə olunan uçuşlara hazırlaşır

    Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) Banqalor şəhərindəki mərkəzində "Gaganyaan" missiyası üçün ekipaj modulunun yığılması uğurla başa çatıb. Kapsul uçuş zamanı onun mövqeyini və trayektoriyasını idarə etməyə imkan verən hərəkətə nəzarət sistemi ilə təchiz edilib.
    birlesmis-ereb-emirliklerinde-2-suni-yagis-texnologiyasi-test-edilir
    Elm & Texnologiya

    Birləşmiş Ərəb Əmirliklərində 2 süni yağış texnologiyası test edilir

    Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Hidrometeorologiya Mərkəzinin (NCM) rəhbəri Abdulla Al Mandous son müsahibəsində qeyd edib ki, BƏƏ-də yağışların süni şəkildə formalaşdırılmasına istiqamətlənmiş 2 perspektivli texnologiya test edilir.
    astronomlar-kosmosda-reklamlarin-qlobal-sekilde-qadagan-edilmesini-teleb-edirler
    Elm & Texnologiya

    Astronomlar kosmosda reklamların qlobal şəkildə qadağan edilməsini tələb edirlər

    Technote.az SpaceNews saytına istinadən bildirir ki, astronomlar, yerdən görünən kosmos reklamlarının qlobal miqyasda qadağan edilməsini tələb edirlər. Onlar bunu qaranlıq və sakit səmanın qorunması üçün son təhdid kimi qiymətləndirirlər.
    alimler-yeni-nov-batareya-ile-calisan-meduza-ve-soxulcan-terz-robotlar-hazirlayiblar
    Elm & Texnologiya

    Alimlər yeni növ batareya ilə çalışan meduza və soxulcan tərz robotlar hazırlayıblar

    Technote.az TechCrunch saytına istinadən bildirir ki, Kornell Universitetinin tədqiqatçıları robotlar sahəsində yeni bir addım ataraq, həm hərəkət etmək, həm də enerji saxlamaq üçün hidravlik maye batareyasından istifadə edən yumşaq robotlar təqdim hazırlayıblar.
    deniz-suyunun-ekoloji-vasite-ile-icmeli-suya-cevrilmesi-texnologiyasi-hazirlanib
    Elm & Texnologiya

    Dəniz suyunun ekoloji vasitə ilə içməli suya çevrilməsi texnologiyası hazırlanıb

    Miçiqan Universiteti və Rays Universitetinin mühəndisləri böyük miqdarda kimyəvi maddələrdən istifadə etməyərək dəniz suyunu içməli suya çevirməyə imkan verən texnologiyanı hazırlayıblar.