
Yeni batareya texnologiyası elektromobilləri 9 dəqiqəyə şarj etməyə imkan verir
Elm & Texnologiya
14.03.2025
Emil
Elektromobil sahibləri üçün uzunmüddətli şarj prosesi böyük bir problem olaraq qalır. Yanacaq doldurma ilə müqayisədə batareyanın enerjisini bərpa etmək vaxt tələb edir, xüsusilə uzun səfərlər zamanı bu, ciddi narahatlıq yaradır. Çinin Farasis Energy şirkəti bu problemi həll etmək üçün yeni texnologiya təqdim edib. Bu yenilik LFP (litium dəmir fosfat) tipli batareyanın 10%-dən 80%-ə qədər cəmi 8 dəqiqə 55 saniyəyə enerji yığmasına imkan verir. Üstəlik, bu proses batareyanın həddindən artıq qızmasının qarşısını alır. Farasis Energy-nin təqdim etdiyi əsas yenilik "6C" ultrasürətli şarj texnologiyasıdır.

Bu, batareyanın öz tutumundan 6 dəfə sürətli şarj olunduğunu göstərir. Məsələn, 100 kilovat/saatlıq batareya üçün şarj gücü 600 kilovat-dan çox ola bilər. Bu da elektromobilin tam dolmasını cəmi 10 dəqiqəyə çatdıra bilir. Əsas çətinlik bu qədər sürətli şarj zamanı batareyanın həddindən artıq qızmasının qarşısını almaqdır. Bu problemi həll etmək üçün Farasis Energy batareyanın dizaynını yenidən nəzərdən keçirib və istilik yayılmasını yaxşılaşdırıb. Yeni versiyada istilik yayılma sahəsi əhəmiyyətli dərəcədə artırılıb.
Nikel əsaslı "5C" batareyalar üçün 4 dəfə, LFP əsaslı "6C" batareyalar üçün isə 4.8 dəfə. Farasis Energy yeni texnologiyanı sınaqdan keçirib və nəticələr göstərib ki, sürətli şarj zamanı batareyanın temperaturu 50 dərəcə Selsini keçməyib. "5C" nikel batareyası 10%-dən 80%-ə qədər 10.2 dəqiqəyə şarj edilib. "6C" LFP batareyası isə daha sürətli dolaraq cəmi 8 dəqiqə 55 saniyəyə 80%-ə çatıb. Bu yenilik elektromobillərin şarj sürətinə yaxınlaşdırır. Ancaq burada bir məqam var - şarj stansiyaları. "6C" texnologiyasının tam işləməsi üçün meqavat səviyyəsində şarj qurğuları tələb olunur. Batareya texnologiyaları artıq ultrasürətli şarja hazırdır, lakin infrastruktur hələ də bu tempə uyğunlaşmalıdır.
Mənbə: Interesting Engineering
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
