Logo
    main-post-cover

    Yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman bu il insanlar üzərində test ediləcək

    Elm & Texnologiya
    13.05.2024
    Emil
         Keçən il xəbər ortaya çıxmışdı ki, yapon alimlər yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman preparatı üzərində çalışırlar. Hazırlanmış dərman preparatı artıq heyvanlar üzərində uğurla test edilib. Yeni məlumata əsasən mütəxəssislər sözügedən dərman preparatının insanlar üzərində testlərinə start verməyə hazırlaşırlar. Məlumatda qeyd edilib ki, yeni dişlərin yetişdirilməsinə hədəflənmiş dərman preparatının testlərinə sentyabr ayında start veriləcək. Qeyd etmək lazımdır ki, yapon alimlərin hazırlamış olduqları dərman preparatı USAG-1 adlı genin bloklanmasına istiqamətlənib.
         USAG-1 adlı gen müəyyən zülallar ilə qarşılıqlı əlaqədə olur və bu da yeni dişlərin yetişməsi prosesini dayandırır. Hazırlanmış dərman preparatı isə sözügedən geni bloklamaqla yeni dişlərin yetişdirilməsini stimullaşdırmalıdır. Məlumata əsasən dərman preparatı müəyyən müddətdən sonra dişlərin böyüməsi ilə yanaşı karies və ya hər hansısa zədələnmə səbəbilə dişini itirmiş şəxsdə yeni dişin yetişməsinə imkan verəcək. Məlumata əsasən dərman preparatı vena üzərindən orqanizmə yeridiləcək. Kliniki testlərdə 30 yaşdan 64 yaşa kimi 30 nəfər kişi pasient iştirak edəcək.
         Bu dərman preparatının effektivliyini yoxlamaq üçün pasientlər ən azından arxa dişlərdən birinə sahib olmamalıdırlar. Daha sonra sözügedən dərman preparatı doğuşdan diş çatışmazlığı problemindən əziyyət çəkən şəxslərə təyin ediləcək. Bu mərhələdə pasientlərin yaş kateqoriyası 7-yə endiriləcək. Mütəxəssislər dərman preparatının təhlükəsiz olduğunu təsdiq edəndən sonra o, doğuşdan diş çatışmazlığı problemindən əziyyət çəkən hamıya təyin edilə biləcək. Dərman preparatının 2030-cu ildə satışa çıxması planlaşdırılır.
    Paylaş
    Bənzər xəbərlər
    berpa-olunan-enerji-menbeleri-elektrik-enerjisi-istehsalinin-artiq-13-hissesini-teskil-edirler
    Elm & Texnologiya

    Bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalının artıq 1/3 hissəsini təşkil edirlər

    Bütün dünyada elektrik enerjisinin istehsalında bərpa olunan mənbələrin payı rekord göstəricidə artıb. Söhbət, 33%-lik artımdan gedir. Əsas artımı Günəş və külək enerji mənbələri sərgiləyiblər.
    termonuve-rekordu-50-milyon-derece-selsi-temperaturlu-plazmani-rekord-muddet-erzinde-saxlamaq-mumkun-olub
    Elm & Texnologiya

    Termonüvə rekordu: 50 milyon dərəcə Selsi temperaturlu plazmanı rekord müddət ərzində saxlamaq mümkün olub

    Fransanın WEST adlı tokamakı (termonüvü sintezi prosesində plazmanın maqnit vasitəsilə saxlanması üçün qurğu) yeni rekorda imza atıb.
    potensial-olaraq-suya-ve-heyat-novune-sahib-ola-bilecek-yeni-ekzoplanet-kesf-edilib
    Elm & Texnologiya

    Potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanet kəşf edilib

    Alimlər potensial olaraq suya və həyat növünə sahib ola biləcək yeni ekzoplanetin mövcudluğunu təsdiqləyiblər. Astrophysical Journal adlı nəşriyyatda dərc edilmiş tədqiqata əsasən kəşf edilmiş ekzoplanet eyni anda bir neçə rekorda imza atıb.
    parcalanmasi-ucun-terkibinde-bakteriyalara-sahib-yeni-nov-plastik-material-yaradilib
    Elm & Texnologiya

    Parçalanması üçün tərkibində bakteriyalara sahib yeni növ plastik material yaradılıb

    Mikrobioloqlar geniş şəkildə yayılmış bəzi plastik növlərini həzm edə bilən bir neçə bakteriya ştamını müəyyən ediblər.
    ciy-et-mehsullarinin-terkiblerinde-antibiotiklere-dozumlu-olan-bakteriyalar-askar-edilib
    Elm & Texnologiya

    Çiy ət məhsullarının tərkiblərində antibiotiklərə dözümlü olan bakteriyalar aşkar edilib

    Mağazalarda satılan çiy ət məhsulları və o cümlədən heyvanlar üçün nəzərdə tutulmuş bəzi yemlər özlərində ciddi təhlükəni birləşdirə bilərlər.