
Yeni dişlərin yetişdirilməsinə istiqamətlənmiş dərmanın testlərinə start verilib
Elm & Texnologiya
23.12.2024
Emil
Keçən il xəbər ortaya çıxmışdı ki, yapon alimlər yeni dişlərin yetişdirilməsi üçün nəzərdə tutulmuş dərman preparatı üzərində çalışırlar. Hazırlanmış dərman preparatı artıq heyvanlar üzərində uğurla test edilib. Dərman preparatının bu il insanlar üzərində testlərinə start verilməsi planlaşdırılırdı. Məlum olub ki, yapon alimlər testlərə start veriblər. Testlər Kioto Universitetinin xəstəxanasında aparılır və doğuşdan diş çatışmazlığı problemi ilə qarşılaşmış şəxsləri əhatə edir. Qeyd etmək lazımdır ki, yapon alimlərin hazırlamış olduqları dərman preparatı USAG-1 adlı genin bloklanmasına istiqamətlənib.
USAG-1 adlı gen müəyyən zülallar ilə qarşılıqlı əlaqədə olur və bu da yeni dişlərin yetişməsi prosesini dayandırır. Hazırlanmış dərman preparatı isə sözügedən geni bloklamaqla yeni dişlərin yetişdirilməsini stimullaşdırmalıdır. Aparılan testlərin birinci mərhələsində yalnız yaşca böyük insanlar iştirak edirlər. Hazırlanmış dərman preparatı artıq 2030-cu ildə hamı üçün əlçatan ola bilər. Lakin mütəxəssislər xəbərdarlıq ediblər ki, heyvanlar üzərində aparılmış testlərin uğurlu olmaları insanlar üzərində aparılan testlərin də uğurlu olacaqlarına zəmanət vermir. Əgər sözügedən dərman preparatı nəticə etibarilə uğurlu olsa, o, protez və implantların alternativi qismində çıxış edə bilər.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
