Yeni Huawei smartfonlarında Google servislərinin istifadəsi təhlükəli ola bilər

Yeni Huawei smartfonlarında Google servislərinin istifadəsi təhlükəli ola bilər

Texnologiya
24.02.2020 PAYLAŞIM

    Google ABŞ hökuməti tərəfindən Huawei şirkətinə və öz servislərinin Huawei smartfonlarında işlədilməsinə qarşı tətbiq etdiyi sanksiyalara aydınlıq gətirib. Bu barədə Gagadget saytı xəbər verib. Google şirkətinin Android & Play şöbəsinin hüquq direktoru olan Tristan Ostrowski bildirib ki, ABŞ hökumətinin tətbiq etdiyi sanksiyalar səbəbilə Google servisləri 16 may 2019-cu il tarixindən sonra satışa çıxmış Huawei smartfonlarına əvvəlcədən quraşdırıla bilməz. Buna baxmayaraq Google 16 maya kimi satışa çıxmış smartfonları dəstəkləməyə davam edir. Belə ki, həmin smartfonlar təhlükəsizlik, tətbiq və Google servisləri yenilənmələrini əldə edirlər.

    “Bizim əsas məqsədimiz bütün dünya üzrə mövcud olan milyonlarla Huawei cihazlarındakı Google istifadəçilərinin təhlükəsizliklərinin təmin olunmasıdır. Biz, təhlükəsizlik, tətbiqlər və Google servisləri yenilənmələrini mövcud olan cihazlara təqdim etməklə dövlət tərəfindən təyin edilmiş qərar əsasında Huawei ilə əməkdaşlığı davam etdiririk və buna icazənin olacağı vaxta kimi etməyə davam edəcəyik. Hal hazırda olan ABŞ qanunu Google şirkətinə 16 may 2019-cu il tarixinə kimi satışa çıxmış smartfonları dəstəkləməyə imkan verir” - deyə Tristan Ostrowski bildirb.


    Şirkət onu da qeyd edib ki, onun servisləri yalnız Play Protect sertifikatlaşdırmasından keçmiş smartfonlara quraşdırıla bilər. Bu sertifikatlaşdırma isə istifadə olunan tətbiq və servislərin təhlükəsiz olduqlarını sübut edir. Yəni istifadəçilərin məlumat sızıntılarından narahat olmaq üçün əsas yoxdur. Lakin sertifikatlaşdırmadan keçməmiş smartfonlar üçün Google servislərini fərdi şəkildə yükləyən istifadəçilər həmin servislərin lazımi şəkildə çalışmamaları problemi ilə qarşılacaqlar.

    “Kənar resurslardan yüklənmiş Google servisləri düzgün çalışma səviyyəsini təmin etmir. Çünki biz, sertifikatlaşdırmadan keçməmiş cihazlarda öz servislərimizin çalışmalarına şərait yaratmırıq. Bundan əlavə olaraq tətbiqlərin kənar resurslardan yüklənməsi öz növbəsində strukturu elə dəyişilmiş tətbiqlərin yüklənməsinə imkan verə bilər hansılar ki, istifadəçilərin konfidensal məlumatlarını təhlükə altına qoysunlar” - deyə Google şirkəti qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi brendi özünün Redmi Watch adlı ilk smart saatını təqdim edib - QİYMƏTİ..

Yeni smartfonlarla birlikdə Xiaomi-nin Redmi brendi həmçinin özünün Redmi Watch adlı ilk smart saatı..


SpaceX-in yeni rekordu: Eyni Falcon 9 raketi 7-ci kosmik uçuş missiyasını uğurla..

SpaceX şirkəti çoxistifadəli kosmik aparatlar sahəsində növbəti rekorda imza atıb. Belə ki, şirkət e..


Cənubi Koreyadan olan tədqiqatçılar naqilsiz infraqırmızı şarj texnologiyasını y..

Cənubi Koreyadan olan tədqiqatçılar smartfonlar üçün naqilsiz infraqırmızı şarj texnologiyasını yara..


İnsayderlər Intel şirkətinin 5 nanometrlik prosessorlarının nə zaman istehsal ol..

Intel şirkəti özünün 7 nanometrlik prosessorlarını hələ təqdim etməyib. Lakin buna baxmayaraq insayd..


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..

×