main-post-cover

    Yeni iPhone SE (2020) satışa çıxmamışdan öncə məşhurlaşdı

    Elm & Texnologiya
    17.04.2020
    Farid Pardashunas
        Yenilənmiş iPhone SE smartfon modelinin təqdim olunmasından sonra Apple şirkəti alıcılar tərəfindən ön sifarişləri qəbul etməyə başladı. 3 il bundan öncəki dizayna, IPS ekrana, bir ədəd arxa kameraya və Face ID texnologiyasının olmamasına baxmayaraq yeni iPhone SE modelinə tələbat yüksək olub. Belə ki, təkcə Çində bir neçə dəqiqə ərzində Apple şirkəti 300.000-dən çox ön sifariş əldə edib.
        Apple şirkətinin CEO-su Tim Cook, Weibo sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, yeni iPhone modeli ən ucuz iPhone modelidir. Ön sifarişlərə start veriləndən sonra JD adlı online pərakəndə satıcısının 64 GB daxili yaddaşa sahib yeni iPhone SE-ni 466$-a satmasına baxmayaraq bir neçə dəqiqə ərzində 340.000-dən çox insan bu smartfonu ön sifariş edib. Qeyd etmək lazımdır ki, iPhone SE (2020) smartfonu 24 aprel tarixində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər