Yeni nəsil hipersonik iki rejimli ramjet mühərriki sınaqdan keçirilib!
Elm & Texnologiya
15.07.2024
Farid Pardashunas
GE Aerospace, hava axınını 3 dəfə artıran yeni nəsil hipersonik ikili rejimli ramjet mühərrikini uğurla sınaqdan keçirdiyini açıqlanıb. Yeni mühərrik, daha yüksək sürət və məsafə vəd edir.
İki rejimli ramjet mühərrikinin sınaqlarına dizayn işlərinə başlandıqdan cəmi 11 ay sonra bu ilin martında start verilib. Açıqlamaya görə, sınaqlar performans gözləntilərini aşaraq və əvvəllər uçuşda sınaqdan keçirilmiş hipersonik mühərrikləri ilə müqayisədə hava axınında 3 qat artım təmin edərək yeni ramjet üçün ümidləri artırıb. Həmçinin vurğulanıb ki, ikili rejimli ramjetin belə qısa müddətdə uğurlu inkişafı və sınaqdan keçirilməsi 2022-ci ildə GE Aerospace tərəfindən alınan hipersonik hərəkəti üzrə ixtisaslaşmış Innoveering şirkətinin sayəsində olub. Şirkət, mühərrikin texniki detalları barəsində isə məlumat verməyib.
Kompressor istifadə etməyən hava yolu ilə nəfəs alan reaktiv mühərriki ramjet, təyyarənin irəli hərəkəti sayəsində havanı içəri çəkərək və xüsusi formalı giriş yolundan havanı sıxaraq işləyir. Mühərrik, sıxılmış havanı yanma kamerasına göndərir və burada yanacaq püskürdülərək alovlanma prosesi həyata keçirilir. Daha sonra yanma nəticəsində əmələ gələn isti qazlar, egzos borusundan xaric edilir və itələmə qüvvəsi yaranır.
Ramjetin ən mühüm xüsusiyyəti onun hərəkət edən hissələrinin olmamasıdır. Buna görə də mühərrik, sadə dizayna malikdir. Lakin ramjetin işləməsi üçün təyyarə yüksək sürətlə hərəkət etməlidir. Çünki dediyimiz kimi, yüksək sürətli havanın yanma kamerasına daxil olması lazımdır. Buna görə ramjetlər ümumiyyətlə təyyarələrdə tək istifadə edilmir. Bunun əvəzinə əvvəlcə ramjeti sürətləndirəcək bir sistem lazımdır. Buna görə də, ramjetlər yüksək sürətlə (adətən təxminən Mach 3 və daha yuxarı) ən səmərəli şəkildə çalışırlar. Bu səbəblərdən son illərdə hipersonik raketlərində və çox sürətli təyyarə layihələrində onlara üstünlük verilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yeməklərə duz tökmədən duzlu dad verə bilən "elektron qaşıq" təqdim edilib! (VİDEO)
Yaponiyanın "Kirin" içki şirkəti, səhhətindəki problem səbəbindən duz istehlak edə bilməyənləri və ya sağlamlığı üçün duzdan imtina etmək istəyənləri sevindirəcək elektron qaşığını təqdim edib.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!