
Yeni Nexus modelinin ilk məlumatarı sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
Android Police adlı online mənbə iddiaya əsasən Google ilə
HTC-nin birgə hazırladığı yeni Nexus modeli haqqında məlumatları paylaşıb.
Bundan əlavə olaraq internetdə yeni Nexus-a aid ola biləcək ilk foto da
yayılıb. Yayın sonunda Android Nougat sistemindən başqa Google Nexus
seriyasının iki modelini də təqdim etməyi planlaşdırır. İnternetdə HTC tərəfindən
hazırlanan modelin texniki göstəriciləri yayılıb. Məlumata əsasən yeni model
Nexus M1 adlanacaq. Bundan əlavə olaraq Android Police Google-ın öz flaqman
smartfonunun adını da açıqlayıb. Əgər məlumatlara inansaq Google-ın flaqman
smartfonu "Marlin” adlanacaq. Weibo adlı digər bir mənbə isə Nexus M1-ə aid
olacağı güman olunan ilk fotonu təqdim edib. Deməli Nexus M1-in texniki göstəricilərinə
gəldikdə smartfon 2560x1440 piksel keyfiyyətli 5.5 inç AMOLED ekrana, 4 nüvəli Qualcomm (çox
güman ki. Snapdragon 820, 821 və ya 823) prosessoruna, 4 GB-lıq RAM-a, 32/128
GB daxili yaddaşa və 3450 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Smartfon 12 MP-li arxa və 8 MP-li ön kamera ilə yanaşı barmaq izi skanı və USB
Type-C funksiyalarına ahib olacaq.
Paylaş
Bənzər xəbərlər