Yeni Xiaomi CC seriyasının daha bir smartfonunun real fotosu ortaya çıxdı
Elm & Texnologiya
24.06.2019
Farid Pardashunas
Xiaomi şirkətinin yeni smartfon seriyasına daxil olacaq Xiaomi CC9 və CC9e modelləri barəsində məlumat sızıntılarından sonra yeni seriyaya daxil olacaq daha bir smartfon modelinin real fotosu Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxdı. Bu barədə Gagadget saytı xəbər verib. Ortaya çıxmış fotodan da görmək olar ki, smartfon genişformatlı ekrana sahib olacaq və ekran üzərində heç bir çıxıntı hissə olmayacaq.
Redmi K20 və Redmi K20 Pro smartfon modellərindən fərqli olaraq bu smartfonda ön kamera funksiyasını Asus ZenFone 6 modelindəki kimi arxa kamera yerinə yetirəcək. Güman olunur ki, bu, əsas kamera modulu 48 MP-lik olacaq üçlü kamera və əlavə iki kamera modulu olacaq. Smartfon gələn ay təqdim oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ