Logo
    main-post-cover

    Yer kürəsinin 2032-ci ildə asteroidlər toqquşma ehtimalı 2 dəfə yüksəlib

    Elm & Texnologiya
    10.02.2025
    Emil
         2024 YR4 adlı asteroid ilə bağlı aparılmış yeni müşahidələr onun trayektoriyası haqqında daha çox məlumat toplamağa imkan verib. Əlavə məlumatlar alimləri bu göy cisminin Yer kürəsi ilə birbaşa toqquşması ehtimalını artırmağa vadar edib. Hazırda bu ehtimal 2.2% təşkil edir. Ehtimal edilən toqquşma tarixi dəyişməz qalır - 22 dekabr 2032-ci il. Lakin ən pis halda belə, asteroid planetə orta səviyyəli zərər yetirəcək və maksimum 100 km diametrində bir dağıntı sahəsi yaradacaq. 2024 YR4 asteroidi 27 dekabr 2024-cü ildə Çilidə yerləşən Rio-Urtado müşahidə məntəqəsində ATLAS avtomatik xəbərdarlıq sistemi tərəfindən aşkar edilib.
         İlkin hesablamalara görə, onun 2032-ci ildə Yer ilə toqquşması ehtimalı 1.2% təşkil edirdi. Bu göstərici sözügedən asteroidin ESA (Avropa Kosmik Agentliyi) və NASA-nın gələcəkdə Yer kürəsi ilə toqquşma ehtimalı sıfırdan fərqli olan asteroidlər siyahısında ən təhlükəli obyektlərdən birinə çevrilməsinə səbəb oldu. Yanvar ayı ərzində 2024 YR4 üzərində 3 rəsədxana, o cümlədən Avropa Cənub Rəsədxanasının (ESO) "Çox Böyük Teleskopu" müşahidələr aparıb. Məhz bu müşahidələr nəticəsində alimlər 2032-ci ildə Yer kürəsi ilə toqquşma ehtimalını 2.2%-ə qaldırmaq məcburiyyətində qalıblar.
         Hazırda asteroid Yer kürəsindən uzaqlaşır və təxminən 45 milyon km məsafədə yerləşir. O, Günəş ətrafında orbit üzrə hərəkət edir və 2028-ci ildə yenidən planetimizə yaxınlaşacaq. Bu yeni yaxınlaşma 2024 YR4 asteroidinin ölçülərini və orbitini dəqiqləşdirməyə imkan verəcək. Böyük ehtimalla, əvvəlki hallarda olduğu kimi, vəziyyət o qədər də təhlükəli olmayacaq və Yer kürəsi ilə toqquşma ehtimalı xeyli azalacaq. Asteroidin mümkün ölçüləri 40-90 metr arasında dəyişir. Ən pis ssenaridə belə, 90 metrlik bir asteroidin Yerə düşməsi təxminən 50 km radiusunda dağıntılara səbəb ola bilər.
         Bu hadisə insanların sıx yaşadığı ərazilər üçün təhlükəli ola bilər, lakin Yer kürəsinin böyük hissəsi yaşayış üçün istifadə olunmur. Üstəlik, asteroid ekvator yaxınlığında Yerə düşəcək, burada quru sahələrdən çox su var. Bununla belə, çox güclü bir sunami dalğası əlavə dağıntılara səbəb ola bilər. Qeyd edək ki, Yer üçün ən böyük təhlükəni asteroidlər deyil, uzunmüddətli dövrə malik kometalar yaradır. Bu kometalar Oort buludundan tamamilə proqnozlaşdırıla bilməyən orbitlər üzrə gəlir və gözlənilmədən təhlükəli ola bilərlər. Bundan əlavə, Günəş sistemində "qara kometalar" adlı yeni kometa sinifi aşkar edilib. Bu kometalar faktiki olaraq görünməz olur və adi kometalardə olduğu kimi onları ifşa edən quyruq buraxmır. Bu da onların Yer üçün daha təhlükəli ola biləcəyini göstərir.
    Mənbə: CNN
    Paylaş
    Bənzər xəbərlər
    tecrubi-mualice-usulu-son-merhelede-olmus-boyrek-xercenginin-ohdesinden-gele-bilib
    Elm & Texnologiya

    Təcrübi müalicə üsulu son mərhələdə olmuş böyrək xərçənginin öhdəsindən gələ bilib

    Alimlər üçüncü və dördüncü mərhələdə olan böyrək xərçəngi xəstələri üzərində sınaqdan keçirilmiş təcrübi fərdiləşdirilmiş peyvəndin ilk klinik tədqiqatının nəticələrini təqdim ediblər.
    alimler-qida-qebulunu-dayandiran-neyronlari-kesf-edibler
    Elm & Texnologiya

    Alimlər qida qəbulunu dayandıran neyronları kəşf ediblər

    Məlumdur ki, bəzi neyronlar yalnız insanın yediyi qidanı qavramaqla məhdudlaşır - yəni qida ağız, mədə və ya bağırsağa daxil olduqda aktivləşirlər. Lakin Kolumbiya Universitetinin alimləri beyin kötüyündə xüsusi neyronlar aşkar ediblər.
    omeqa-3-un-bioloji-yaslanmani-lengitdiyi-melum-olub
    Elm & Texnologiya

    Omeqa-3-ün bioloji yaşlanmanı ləngitdiyi məlum olub

    Alimlər İsveçrədən olan yaşlı insanların iştirak etdikləri bir təcrübənin nəticələrini təqdim ediblər. Tədqiqat omeqa-3 tərkibli əlavələrin qəbulu ilə bioloji yaşlanmanın həqiqətən də yavaşladığını təsdiqləyib. Bu müsbət dəyişikliklər epigenetik göstəricilər əsasında sübut edilib.
    fotosintezin-esasinda-kvant-mexanikasinin-dayandigi-melum-olub
    Elm & Texnologiya

    Fotosintezin əsasında kvant mexanikasının dayandığı məlum olub

    Günəş enerjisinin effektiv şəkildə kimyəvi enerjiyə çevrilməsi və sonradan saxlanılması mühəndislərin uzun illərdir arzuladığı bir məqsəddir. Təbiət isə bu problemi milyardlarla il əvvəl həll edib. Söhbət, fotosintez prosesindən gedir.
    hubble-teleskopu-yeni-unikal-qalaktikani-kesf-edib
    Elm & Texnologiya

    Hubble teleskopu yeni unikal qalaktikanı kəşf edib

    Astronomlar LEDA 1313424 adlı yeni qalaktikanı kəşf ediblər. Bu qalaktika indiyə qədər müşahidə olunanlardan tamamilə fərqlənir. Onun mərkəzindən suya atılmış daşın yaratdığı dalğalar kimi doqquz ədəd halqa-spiral qolu yayılır, halbuki əksər qalaktikalarda bu cür strukturlar adətən iki və ya üç olur.