Logo
    main-post-cover

    Yer kürəsinin daxili nüvəsi öz formasını dəyişir

    Elm & Texnologiya
    12.02.2025
    Emil
         ABŞ-dan olan geofiziklər qrupu, Yer kürəsinin ən dərin geosferi olan və təxminən 1200 km radiusa malik daxili nüvəsində struktur dəyişikliklərinin sübutlarını aşkar ediblər. Bu kəşf, alimlərin uzun illərdir Yer kürəsinin mərkəzində nələrin baş verdiyi ilə bağlı mübahisələrinə aydınlıq gətirir, lakin eyni zamanda nüvədəki dəyişikliklərin günün uzunluğuna, Yer kürəsinin maqnit sahəsinə və digər proseslərə necə təsir etdiyinə dair yeni suallar doğurur. Alimlər bu kəşfi Cənubi Atlantikada yerləşən Cənubi Sendviç adalarından gələn seysmik dalğaları təhlil edərək ediblər.
         Bu dalğalar Yer kürəsinin əks tərəfində, Alyaska və Kanadada yerləşən seysmoqraflar tərəfindən qeydə alınıb. Müşahidələr göstərib ki, 2004-2008-ci illər arasında bəzi seysmik dalğaların siqnalları dəyişib. Bu dəyişikliklərin səbəbi, dalğaların qısa müddətlik daxili nüvəyə nüfuz etməsi və onun formasının dəyişməsi olub. Alimlər həmin dövrdə ilk dəfə daxili nüvənin deformasiyaya uğradığını müşahidə ediblər. Yer kürəsinin daxili nüvəsi xarici nüvədən hələ tam öyrənilməmiş, təxminən 5100 km qalınlığında bir qat ilə ayrılır. Əvvəlki seysmik tədqiqatlar göstərib ki, daxili nüvə əsasən metaldan ibarətdir və əsasən dəmir və nikel qarışığından təşkil olunmuş ərimiş xarici nüvə daxilində fırlanır.
         Bununla belə, daxili nüvənin fırlanma sürəti planetin qalan hissəsinin fırlanma sürətindən bir qədər fərqlidir. Bəzi alimlər hesab edirlər ki, seysmik siqnallardakı dəyişikliklər nüvənin fırlanması ilə deyil, daxili və xarici nüvə arasındakı sərhəddə baş verən fiziki dəyişikliklərlə bağlı ola bilər. Müşahidələr göstərib ki, bəzi seysmik siqnal dəyişiklikləri yalnız nüvənin fırlanması ilə izah edilə bilər, lakin bəzi nümunələr bu yeni hipotez ilə daha yaxşı uyğunlaşır.
         Nature Geoscience jurnalında dərc olunmuş yeni araşdırma, Yer kürəsinin dinamik daxili nüvəsində baş verən proseslərə daha çox aydınlıq gətirib. Daxili nüvə tədricən böyüyür, çünki xarici nüvədən dəmir kristallaşaraq onun strukturuna daxil olur. Bu proses daxili nüvənin səthində fiziki dəyişikliklərə səbəb olur, nəticədə daxili və xarici nüvə arasındakı sərhəddə forma və qatılıq dəyişir. Pekin Universitetinin seysmoloqu Xiaodong Song bildirib: “10 illərlə aparılmış tədqiqatlar və mübahisələrdən sonra, biz nəhayət daxili nüvədə baş verən dəyişikliklər barədə daha dəqiq bir təsəvvür əldə edirik”.
    Mənbə: Nature
    Paylaş
    Bənzər xəbərlər
    cin-planetar-mudafieni-hazirlamaga-start-verib
    Elm & Texnologiya

    Çin planetar müdafiəni hazırlamağa start verib

    2024 YR4 asteroidi, 27 dekabr 2024-cü ildə kəşf edildikdən sonra Yer kürəsi üçün ən təhlükəli göy cisimləri siyahısına daxil edildi. Lakin NASA və ESA (Avropa Kosmik Agentliyi) tərəfindən bu məlumatın yayılmaması Yeni il ərəfəsində panika dolu xəbərlərin qarşısını aldı.
    kosmosun-derinliklerinden-gelmis-20-den-cox-radiosiqnal-qeyde-alinib
    Elm & Texnologiya

    Kosmosun dərinliklərindən gəlmiş 20-dən çox radiosiqnal qeydə alınıb

    Astronomlar kosmosdakı radiosiqnalları filtrdən keçirtmək və onların mənbələrini müəyyən etmək üçün xüsusi bir sistem yaradıblar. Alimlər qəfil yaranan və bir neçə saniyə və ya daha az müddətdə yox olan parlaq enerji partlayışlarını araşdırıblar.
    planetimiz-yeni-qorxulu-iqlim-merhelesine-kecid-edib
    Elm & Texnologiya

    Planetimiz yeni qorxulu iqlim mərhələsinə keçid edib

    Planetimiz rəsmi olaraq 2015-ci ildə imzalanmış Paris İqlim Sazişinin (COP) prioritet hədəfi kimi müəyyən edilmiş 1.5 dərəcə Selsi həddini keçib.
    uranin-peyki-ariel-potensial-olaraq-sethalti-okeana-sahibdir
    Elm & Texnologiya

    Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir

    Hazırda alimlər hesab edirlər ki, Yupiter, Saturn, eləcə də Neptun və Uranın bəzi peykləri su dünyalarıdır. Yəni onların səthlərində olan qalın buz qatının alt hissəsində maye şəklində sudan ibarət okean mövcuddur.
    insanlar-hele-de-tekamul-prosesindedirler
    Elm & Texnologiya

    İnsanlar hələ də təkamül prosesindədirlər (VİDEO)

    Təkamül - Yer üzərində həyatın müxtəlifliyini formalaşdıran fasiləsiz bir prosesdir. Bu proses təbii seçmə, mutasiyalar və adaptasiyalardan ibarətdir və canlıların dəyişən mühit şərtlərinə uyğunlaşaraq sağ qalmasına və inkişaf etməsinə kömək edir.