
Yer kürəsinin nüvəsində kainatın ilkin elementlərindən biri ola bilər
Elm & Texnologiya
04.03.2025
Emil
Yer kürəsinin nüvəsi əsasən dəmirdən ibarət olsa da, o həmçinin Böyük partlayışdan dərhal sonra əmələ gəlmiş ilkin heliuma da sahib ola bilər. Adətən helium ağır elementlərlə çətin bağlanır, lakin fiziklər bu inert qazı yüksək temperatur və təzyiq altında dəmir ilə birləşdirməyə nail olublar. Heliumun ekstremal şəraitdə dəmirlə birləşə bilməsi onun Yer nüvəsində ehtiyat halında mövcud ola biləcəyini göstərir. Qeyd edək ki, helium kainatda ən çox rast gəlinən ikinci kimyəvi elementdir. Yer kürəsinin dərinlikləri hələ də alimlərin açmağa çalışdıqları çoxsaylı sirrləri gizlədir. Bu, birbaşa müşahidə edilə bilməyən planetimizin nüvəsinə də aiddir.

Buna görə də aparılan bütün tədqiqatlar onun xüsusiyyətlərinə dair yalnız dolayı sübutlar təqdim edir. Məlumdur ki, Yer nüvəsi iki hissədən ibarətdir: Ərimiş xarici nüvə (maye dəmir və nikel qarışığından ibarət) və sərt daxili dəmir nüvə. Məlumdur ki, Yer nüvəsi dəmir qədər sıx deyil. Buna görə də, onun daha yüngül kimyəvi elementlərdən, məsələn, karbon və silisiumdan ibarət ola biləcəyi nəzəriyyəsi irəli sürülüb. İndi isə fiziklər hesab edirlər ki, Yer nüvəsində daha da yüngül bir kimyəvi element - helium da mövcud ola bilər. Daha dəqiq desək, burada Yer hələ 4 milyard ildən çox əvvəl formalaşdığı zaman nüvədəki dəmirin bir hissəsi ilə birləşmiş ilkin helium ola bilər.

Lakin inert qaz olan helium ağır kimyəvi elementlərlə, xüsusilə dəmir ilə zəif bağlanır. Ancaq fiziklərin aparmış olduqları təcrübə bunun əksini göstərib. Yer üzərində helium iki izotop şəklində mövcuddur: Helium-4 və helium-3. Lakin ilkin helium, yəni helium-3, Yer kürəsində yaranmır. Çünki hesab edilir ki, o, Böyük partlayışdan dərhal sonra əmələ gəlib və daha sonra kainata yayılıb. Hidrogendən sonra kainatda ən çox yayılmış kimyəvi element heliumdur və o, planetlərin yarandığı protoplanet diskində kütlənin böyük hissəsini təşkil edir. Yer də məhz belə bir diskin içində formalaşıb.
Fiziklərin fikrincə, planetimizin yaranması zamanı helium-3-ün böyük bir hissəsi Yer nüvəsində təcrid olunmuş vəziyyətdə qala bilərdi. Bu, o dövrdə Yer səthini örtən maqmatik okeanda baş verən kimyəvi reaksiyalar nəticəsində mümkün olub. Əvvəlki tədqiqatlar göstərib ki, vulkanların püskürtdüyü maqmada helium-3 miqdarı yüksəkdir. Bu səbəbdən alimlər Yer kürəsinin xarici nüvəsində bu elementin böyük bir ehtiyatının olub-olmadığını araşdırmağa qərar veriblər. Bunun üçün fiziklər xarici nüvədəki ekstremal istilik və təzyiqi təqlid edərək, dəmirlə helium-3-ü almaz kamerasına yerləşdirib 2700 dərəcə Selsiyə qədər qızdırıblar.

Eyni zamanda, elementlər 55 qiqapaskal təzyiqə məruz qalıb. Daha sonra isə heliumun sızmasının qarşısını almaq və nümunəni yaxından tədqiq etmək üçün əldə edilən birləşməni dondurublar. Eksperimentdən əvvəl fiziklər proqnozlaşdırmışdılar ki, əgər dəmir və helium birləşərsə, helium atomları dəmirin kristal quruluşuna daxil olacaq. Həqiqətən də, alimlər müəyyən ediblər ki, helium atomları dəmirin qəfəsvari quruluşu arasında yerləşir. Tədqiqat nəticəsində məlum olub ki, dəmirin tərkibində 3%-ə qədər helium mövcuddur. Bu isə göstərir ki, inert qaz güclü istilik və təzyiqin təsiri altında dəmirlə birləşə bilər. Fiziklərin sözlərinə görə, əldə edilən nəticələr Yer nüvəsində bizim dünyamızda yaranmamış ilkin heliumun gizli bir ehtiyatının ola biləcəyini göstərir.
Mənbə: Popular Mechanics
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Növbəti buz dövrünün nə zaman baş tutacağı proqnozlaşdırılıb
Təxminən 2.5 milyon il əvvəl Yer kürəsində buz dövrləri və isti dövrlər arasında dəyişikliklər başlayıb. Sonuncu buz dövrü 11 700 il əvvəl başa çatıb.

Elm & Texnologiya
Kainatın ən güclü kosmik şüaları Yer kürəsinə yaxın sahədə yaranırlar
Yeni bir nəzəriyyəyə görə, Yerə çırpılan ən güclü kosmik şüalar kainatın çox uzaq hissələrindən deyil, bizim qalaktikamızdan gələ bilər. Astrofiziklərin fikrincə, ən yüksək enerjili kosmik şüalar, ekzotik formalı ağır qaranlıq maddə hissəciklərinin məhv olması nəticəsində yaranır.

Elm & Texnologiya
Qeyri-adi "isti Neptun" kəşf edilib
İsti Neptun tipli planetlər o qədər nadirdir ki, astronomlar onların bu qədər ekstremal şəraitdə necə sağ qala bildiklərini tam başa düşə bilmirlər. Astronomlar NASA-nın James Webb kosmik teleskopundan istifadə edərək yeni kəşf edilən LTT 9779 b planetini detallı şəkildə tədqiq ediblər.

Elm & Texnologiya
103 günlük körpədə koronavirus aşkar edilib
Son aylarda COVID-19 ilə bağlı xəbərlər yenidən daha narahatedici olmağa başlayıb, çünki xəstəliyin yeni növləri ortaya çıxır. Belə ki, yeni doğulmuş bir körpə alimlərin diqqət mərkəzinə çevrilib, çünki o, yeni bir koronavirus növünün daşıyıcısı olub.

Elm & Texnologiya
NASA-nın yeni kosmik teleskopu Böyük partlayışın sirrini açmağa yardımçı olacaq
28 fevral tarixində NASA-nın unikal infraqırmızı kosmik teleskopu - SPHEREx-in kosmosa göndərilməsi planlaşdırılıb. Bu teleskop 2 il ərzində bütün görünən kosmosu skan edəcək və ilk dəfə olaraq kainatın 102 fərqli rəngdə unikal xəritəsini yaradacaq.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
