Logo
    main-post-cover

    Yerə düşən meteoritlər itirilmiş bir planetin qalıqları ola bilərlər

    Elm & Texnologiya
    19.03.2025
    Emil
         Yerə düşən anomaliyaya malik meteoritlər, Merkuriyə bənzər, lakin itirilmiş bir planetin qalıqları ola bilərlər. Alimlər hesab edirlər ki, bu planet Günəş sisteminin erkən dövrlərində məhv olub. Yerə düşən meteoritlərin əksəriyyəti ortaq mənşəyə malikdir və onları müəyyən qruplara bölmək mümkündür. Bir çox kosmik daşlar Ay, Mars və ya iri asteroidlərin parçalarıdır. Lakin bütün meteoritlərin təxminən 0.2%-i heç bir məlum təsnifata aid edilə bilməyən anomal obyektlərdir. Minnesota Universitetindən Jennifer Mitchell və onun həmkarları hesab edirlər ki, bu anomaliyalar sırasına aid olan meteoritlərdən biri 2023-cü ildə Şimali-Qərbi Afrikada tapılan və NWA 15915 adlandırılan meteoritdir.
    NWA 15915 meteoriti:
         Onun kimyəvi tərkibi və unikal xüsusiyyətləri göstərir ki, bu meteorit, Günəş sistemində artıq mövcud olmayan, Merkuriyə bənzər bir planetdən gəlib. Mitchell və komandası meteoritin tərkibini elektron mikroskop və spektroskopik alətlər vasitəsilə təhlil ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, meteoritin kimyəvi tərkibi Merkuridən fərqlənir, lakin o, Merkuriyə bənzər bir mühitdə yaranıb. Meteoritdəki minerallar az oksigenli mühitdə əmələ gəlib, bu da Merkurinin yaranma şəraitinə bənzəyir.
         NWA 15915 unikal, metal baxımından zəngin və maqnit xassəli minerallardan ibarətdir, bu da Merkuri tipli bir mənşəyə işarə edir. Meteoritdəki mineral kristallar kifayət qədər böyükdür, bu isə qayanın yavaş soyuduğunu göstərir - Merkuridə də eyni proses müşahidə olunur. “Bütün bunlar göstərir ki, bu meteorit böyük, fərqlənmiş (qatlara ayrılmış) bir cisimdən gəlib və bu cisim Merkuriyə xeyli bənzəyə bilərdi” - deyə Mitchell bildirib.
    Mənbə: New Scientist
    Paylaş
    Bənzər xəbərlər
    yeni-plastik-cirklenme-menbeyi-askar-edilib
    Elm & Texnologiya

    Yeni plastik çirklənmə mənbəyi aşkar edilib

    Araşdırmalar göstərir ki, mikroskopik plastik hissəcikləri artıq torpağa, havaya və su hövzələrinə nüfuz edib. Hətta insan orqanizmində və delfinlərin ağciyərlərində belə aşkar edilib. İndi alimlər daha bir gözlənilməz plastik çirklənmə mənbəyi tapıblar.
    zamanin-basladigi-yer-qara-deliklerin-hara-apardiqlarina-dair-ferziyye-ireli-surulub
    Elm & Texnologiya

    Zamanın başladığı yer: Qara dəliklərin hara apardıqlarına dair fərziyyə irəli sürülüb

    Albert Eynşteyn və onun Ümumi Nisbilik Nəzəriyyəsi bildirirdi ki, qara dəliyin daxilində heç nə sağ qala bilməz, çünki onun mərkəzində sinqulyarlıq yerləşir. Bu nöqtədə bütün materiya və zaman sonsuz sıxlığa malik bir nöqtəyə yığılır və burada fəza və zaman anlayışları yox olur.
    gunes-sisteminde
    Elm & Texnologiya

    Günəş sistemindən kənardakı planetlərdə həyat üçün vacib element müşahidə edilib

    Astronomlar, James Webb kosmik teleskopu vasitəsilə ilk dəfə olaraq Günəş sistemimizdən kənar planetlərin atmosferində karbon qazını birbaşa müşahidə ediblər. Karbon qazı Yer üzündə həyati proseslərin ayrılmaz hissəsidir.
    planetimizde-heyatin-nece-formalasmasina-dair-daha-bir-ferziyye-teklif-edilib
    Elm & Texnologiya

    Planetimizdə həyatın necə formalaşmasına dair daha bir fərziyyə təklif edilib

    Planetimizin tarixi 4.5 milyard ildən çoxdur və bu müddət ərzində Yer saysız-hesabsız canlı növlərinin məskəni olub. Lakin ən erkən həyat Yerdə necə meydana gəlib?
    marsda-sethalti-okeanin-movcudluguna-dair-subutlar-elde-edilib
    Elm & Texnologiya

    Marsda səthaltı okeanın mövcudluğuna dair sübutlar əldə edilib

    Alimlər 2018-2022-ci illərdə Marsda fəaliyyət göstərmiş NASA-nın InSight aparatının seysmik məlumatlarını yenidən təhlil ediblər. Nəticələr göstərib ki, Marsın səthindən 10-20 km dərinlikdə planetar ölçüdə bir okean əmələ gətirə biləcək böyük miqdarda maye su mövcuddur.