
Yuxusuzluq orqanizmdə iltihab reaksiyasını dərhal işə salır
Elm & Texnologiya
26.02.2025
Emil
Aparılmış təcrübə göstərib ki, yuxu pozğunluğu səbəbilə orqanizmdə iltihab reaksiyası dərhal başlayır və bu, hətta gənc və sağlam insanlarda da baş verir. Nəticələr onu göstərir ki, immun sistemi yuxu pozğunluqlarına qarşı çox həssasdır, və xroniki yuxu çatışmazlığı piylənmə, şəkərli diabet, ürək və damar xəstəlikləri də daxil olmaqla bir çox xəstəliklərin risk faktorlarından biri ola bilər. Yuxunun iltihab riski üzərindəki təsirini qiymətləndirmək üçün alimlər iki təcrübəkeçiriblər. Bu araşdırmaların nəticələri Amerika İmmunoloqlar Assosiasiyasının saytında dərc edilib.

Birinci təcrübədə 237 kişi və qadın iştirak edib, onların bədən kütlə indeksi (BKİ) fərqli olub. Tədqiqatçılar iştirakçıların yuxu keyfiyyəti və miqdarını qan göstəriciləri ilə müqayisə edərək belə nəticəyə gəliblər ki, artıq çəki yuxu pozğunluqlarının daha yüksək səviyyəsi və artmış iltihab göstəriciləri ilə əlaqəlidir. Məlum olduğu kimi, piylənmə xroniki iltihab üçün əsas risk faktorlarından biridir. İkinci təcrübədə beş sağlam və normal çəkiyə malik insan bir sutka ərzində yatmadı. Onlar yuxusuz qalmadan əvvəl və sonra qan analizi verdilər.

Yuxusuzluq qısa müddətdə immun hüceyrələrinin - monositlərin profilini dəyişdi və bu dəyişikliklər, piylənməsi olan insanlardakı reaksiyalara bənzər idi. "Bu nəticələr yuxunun iltihabın tənzimlənməsindəki rolunu təsdiqləyir" - deyə tədqiqatçılar bildiriblər. Bu gün yuxu pozğunluqlarının xroniki xəstəliklərin inkişafı ilə əlaqəli olduğuna dair çoxsaylı elmi sübutlar mövcuddur. Bunlara metabolik sindrom, şəkərli diabet, ürək-damar xəstəlikləri, demensiya və digər sağlamlıq problemləri daxildir. Yeni tədqiqat bu prosesin hansı mexanizmlə baş verdiyini daha ətraflı izah edir.
Mənbə: Aai.org
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Günəşdən 36 milyard dəfə daha ağır olan qara dəlik kəşf edilib
2007-ci ildə astronomlar qravitasiya linzası effekti yaradan qalaktikalar sistemini kəşf etdilər və ona Kosmik Nal adını verdilər. Bizə 5.5 milyard işıq ili uzaqlıqda yerləşən yaxın qalaktikanın böyük kütləsi, ondan daha uzaqda yerləşən digər bir qalaktikanın təsvirini böyüdür və təhrif edir.

Elm & Texnologiya
Alimlər Marsın nəyə görə qırmızı rəngdə olduğunu təyin ediblər
Alimlər illərlə Marsın niyə qırmızı rəngdə olduğunu anlamağa çalışıblar. Bu gün isə demək olar ki, heç bir şübhə yoxdur ki, Qırmızı Planetin səthindəki toz tərkibində çoxlu miqdarda dəmir oksidləri var və məhz bu, ona xas qırmızı çaları yaradır.

Elm & Texnologiya
Marsda qədim çimərliyin izləri aşkar edilib
Çinin Mars səthində fəaliyyətdə olan Zhurong aparatı 2021-ci ildə Marsa eniş etdikdən sonra, 4 milyard ildən daha qədim yeraltı çimərlik izləri aşkar edib.

Elm & Texnologiya
Asteroidin Yer kürəsi ilə toqquşması ehtimalı sıfıra enib
Astronomlar 2024 YR4 asteroidi üzərində müşahidələrini davam etdirirlər, çünki əvvəlki məlumatlara görə, onun Yerə çırpılma ehtimalı var idi. New York Times-ın yazdığına görə, NASA-nın son açıqlamasında bu ehtimalın sıfıra endiyi bildirilib.

Elm & Texnologiya
Dünya okeanında temperaturun artmasına baxmayaraq onun buxarlanması daha ləng gedir
Son onilliklərdə alimlər planetin üzərindəki iqlim böhranı barədə xəbərdarlıq edirlər. Nəticədə, dünya görünməmiş istilik dalğaları və quraqlıqlarla qarşılaşıb. Alimlər eyni zamanda dünya okeanının temperaturunun artdığını da müşahidə edirlər.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
