Logo
    main-post-cover

    Zamanın başladığı yer: Qara dəliklərin hara apardıqlarına dair fərziyyə irəli sürülüb

    Elm & Texnologiya
    18.03.2025
    Emil
         Albert Eynşteyn və onun Ümumi Nisbilik Nəzəriyyəsi bildirirdi ki, qara dəliyin daxilində heç nə sağ qala bilməz, çünki onun mərkəzində sinqulyarlıq yerləşir. Bu nöqtədə bütün materiya və zaman sonsuz sıxlığa malik bir nöqtəyə yığılır və burada fəza və zaman anlayışları yox olur. Bununla belə, yeni araşdırmalar qara dəliklərdəki sinqulyarlıqların son deyil, başlanğıc ola biləcəyini göstərir. İki alim, qara dəliklərin nəzəri modelinə kvant mexanikasını tətbiq edərək, maraqlı bir nəticəyə gəliblər. Aparılan hesablamalar göstərib ki, sinqulyarlıq bir növ “körpü” ola bilər. Bu körpü ağ dəlik adlanan bir struktura aparır - burada zaman, materiya və enerji yenidən kainata püskürür.
         "Uzun müddətdir ki, kvant mexanikasının qara dəliklər haqqındakı anlayışımızı dəyişdirə biləcəyini və onların əsl mahiyyətini anlamağımıza kömək edib-etməyəcəyini düşünürdük. Məsələ ondadır ki, kvant mexanikasında zaman sona çata bilməz, çünki sistemlər daim dəyişir və inkişaf edir" - deyə araşdırmanın həmmüəllifi, Şeffild Universitetinin Riyaziyyat Fizika Məktəbindən Steffen Gielen bildirib. O və həmkarı kvant mexanikasını qara dəliyin sadələşdirilmiş ikiölçülü modeli olan "yastı qara dəlik" konsepti çərçivəsində tətbiq ediblər. Bu model tez-tez nəzəri ideyaların sınaqdan keçirilməsi üçün istifadə olunur. Baxmayaraq ki, fiziki olaraq müşahidə edilən qara dəliklər sferik formadadır, tədqiqatçılar hesab edirlər ki, onların əldə etdikləri nəticələr real qara dəliklərə də tətbiq oluna bilər.
         Araşdırma göstərib ki, qara dəliklərdə sinqulyarlıq yerinə fəzanın enerjisində kiçik zaman dəyişiklikləri mövcuddur. Başqa sözlə, fəza və zaman tamamilə yox olmur, əksinə, güclü kvant fluktuasiyaları ilə əvəzlənir. Məhz bu kvant təsirləri qara dəliyin ağ dəliyə keçid etməsinə səbəb olur. Eyni zamanda, ağ dəlikdə materiya və zaman sona çatmır. Nəzəriyyəyə görə, zamanın özü məhz bu nöqtədə başlayır. Tədqiqatçılar həmçinin zaman və qaranlıq enerji arasında maraqlı bir əlaqə aşkar ediblər. Nəzəri baxımdan, bu qüvvə kainatın genişlənməsinin sürətlənməsinə görə məsuliyyət daşıyır. "Aparılan araşdırmalarda zaman, bütün kainatı əhatə edən sirli qaranlıq enerjidən yaranır. Biz ehtimal edirik ki, zaman kainatın hər yerində mövcud olan qaranlıq enerji vasitəsilə ölçülür. Bu, qara dəliyin daxilində baş verən hadisələri anlamağa imkan verən mühüm yeni ideyadır" - deyə tədqiqatın müəllifləri yekunlaşdırıblar.
    Mənbə: Gizmodo
    Paylaş
    Bənzər xəbərlər
    gunes-sisteminde
    Elm & Texnologiya

    Günəş sistemindən kənardakı planetlərdə həyat üçün vacib element müşahidə edilib

    Astronomlar, James Webb kosmik teleskopu vasitəsilə ilk dəfə olaraq Günəş sistemimizdən kənar planetlərin atmosferində karbon qazını birbaşa müşahidə ediblər. Karbon qazı Yer üzündə həyati proseslərin ayrılmaz hissəsidir.
    planetimizde-heyatin-nece-formalasmasina-dair-daha-bir-ferziyye-teklif-edilib
    Elm & Texnologiya

    Planetimizdə həyatın necə formalaşmasına dair daha bir fərziyyə təklif edilib

    Planetimizin tarixi 4.5 milyard ildən çoxdur və bu müddət ərzində Yer saysız-hesabsız canlı növlərinin məskəni olub. Lakin ən erkən həyat Yerdə necə meydana gəlib?
    marsda-sethalti-okeanin-movcudluguna-dair-subutlar-elde-edilib
    Elm & Texnologiya

    Marsda səthaltı okeanın mövcudluğuna dair sübutlar əldə edilib

    Alimlər 2018-2022-ci illərdə Marsda fəaliyyət göstərmiş NASA-nın InSight aparatının seysmik məlumatlarını yenidən təhlil ediblər. Nəticələr göstərib ki, Marsın səthindən 10-20 km dərinlikdə planetar ölçüdə bir okean əmələ gətirə biləcək böyük miqdarda maye su mövcuddur.
    marsda-qedim-mikrob-heyatina-dair-inandirici-subutlar-elde-edilib
    Elm & Texnologiya

    Marsda qədim mikrob həyatına dair inandırıcı sübutlar əldə edilib

    Bir neçə gün bundan öncə NASA nümayəndələri Marsda qədim mikrob həyatının ən inandırıcı izlərinin aşkar edildiyi barədə hesabat təqdim ediblər. Mars səthində fəaliyyət göstərən Perseverance aparatının əldə etmiş olduğu nümunələri yerində ətraflı analiz etmək üçün avadanlığa malik deyil, buna görə də bu tapıntılar yalnız ilkin nəticələr hesab olunur.
    kainatin-qara-delik-daxilinde-yerlesdiyi-ferziyyesi-ireli-surulub
    Elm & Texnologiya

    Kainatın qara dəlik daxilində yerləşdiyi fərziyyəsi irəli sürülüb

    3 il ərzində James Webb kosmik teleskopu uzaq kosmos haqqında çoxsaylı vacib məlumatlar toplayıb və astrofizika sahəsində bir sıra kəşflərə səbəb olub. Yeni tədqiqat isə kainatın dərinlikləri ilə bağlı həm sadə, həm də sirli bir müşahidəni ortaya qoyur.